ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC Amerikanın Azərbaycanda Ticarət Palatasına üzvlüyə qəbul olunmuşdur
"Ekol Mühəndislik Xidmətləri" QSC Amerikanın Azərbaycanda Ticarət Palatasına üzvlüyə qəbul olunmuşdur



Xəbərlər

[30.07.2009]

"Ekol Mühəndislik Xidmətləri" QSC Amerikanın Azərbaycanda Ticarət Palatasına üzvlüyə qəbul olunmuşdur
       Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra dünya təcrübəsini əsas tutaraq ölkəmizə xarici sərmayənin davamlı olaraq gəlir gətirməsi və respublikamızın iqtisadiyyatını dünya iqtisadiyyatına bağlamaq üçün ciddi cəhdlər göstərmiş, Azərbaycanla bir çox dünya dövlətlərində, o cümlədən, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən şirkətlər arasında müştərək iş görmək və əməkdaşlıq etmək sahəsində böyük nailiyyətlər əldə olunmuşdur.
       Böyük neft ölkəsi olan Azərbaycanının neft və qaz sənayesinin yeni bir dövrünü yaşaması, bu mərhələdə respublikamızın neft və qaz yataqlarının dünyanın böyük neft şirkətləri ilə müştərək işlənməsinə və əməkdaşlıq münasibətlərinin inkişafına böyük imkanlar yaratmışdır.
       Ulu öndər Heydər Əliyevin apardığı ardıcıl və düzgün xarici siyasətinin məntiqi davamı olaraq 1996-cı ildə Azərbaycanda Amerika Ticarət Palatası açılmış, bu təşkilat vasitəsi ilə neft sənayesində, iqtisadiyyatın bütün sahələrində, eləcə də elm, texniki və ekologiya sahəsində müştərək layihələrin icrasına başlanılmışdır.
       Xarici şirkətlərdə maraq doğuran cəhətlər təkcə neftin hasilatı və emalı deyil, eyni zamanda neft sənayesinin ətraf mühitə mənfi təsirinin qarşısının alınması və birgə ekoloji layihələrin həyata keçirilməsidir.
       Öz xarici əlaqələrini genişləndirmək, fəaliyyət sahələrini dünya dövlətlərinə inteqrasiya etmək əzmində olan "Ekol Mühəndislik Xidmətləri" QSC dünyanın ən inkişaf etmiş dövləti olan ABŞ-da fəaliyyət göstərən analoji şirkətlərlə işgüzar əməkdaşlıq münasibətlərinin yaradılması məqsədilə, Azərbaycanda Amerika Ticarət Palatasına "Associate Member" namizədlik statusunu almaq üçün ərizə ilə müraciət etmişdir.
       2009-cu ilin iyul ayında Azərbaycanda Amerika Ticarət Palatasının Direktorlar Şurası "Ekol Mühəndislik Xidmətləri" QSC-nin quruma üzv olması barədə qərar qəbul etmişdir.
       Qarşılıqlı Əməkdaşlıq çərçivəsində ABŞ-da fəaliyyət göstərən "Tetra Tech İnc." şirkətinin 1-ci vitse prezidenti John Martin, vitse prezident Firouz Rooyani və Ətraf mühit üzrə elmi işçi Ph.D Behi Badamchain cari ilin may ayında Bakıda olmuş və "Ekol Mühəndislik Xidmətləri" QSC-nin rəhbərliyi ilə görüş keçirmişlər.
       Görüş zamanı bir sıra ekoloji layihələr müzakirə edilmiş, tərəflərin ekoloji layihələrdə əməkdaşlıq məsələlərinə baxılmışdır. Qərara alınmışdır ki, əməkdaşlığı özündə əks etdirən ilkin memorandum sənədi hazırlansın.
       Amerikalı həmkarlar QSC-nin həyata keçirdiyi ekoloji layihələri və maddi-texniki bazasını yüksək qiymətləndirmiş, qarşılıqlı əməkdaşlıq münasibətləri üçün münbit şəraitin olduğunu xüsusilə vurğulamış və ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə "Tetra Tech İnc." şirkətinin rəhbərliyi QSC-nin baş direktorunu öz şirkətlərinə rəsmi dəvət etmişdir.
       Bununla əlaqədar olaraq "Ekol Mühəndislik Xidmətləri" QSC -nin baş direktoru Soltan Əliyev avqustun 1-dən 7-dək ABŞ-da "Tetra Tech İnc." şirkətində xidməti ezamiyyətdə olacaqdır.

tarix : 30.07.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.