ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC "Neftçilər Günü"nü və "Əsrin müqaviləsi" nin 15 illik yubileyini layiqli töhfələrlə qarşılayır
"Ekol Mühəndislik Xidmətləri" QSC "Neftçilər Günü"nü və "Əsrin müqaviləsi" nin 15 illik yubileyini layiqli töhfələrlə qarşılayır



Xəbərlər

[16.09.2009]

"Ekol Mühəndislik Xidmətləri" QSC "Neftçilər Günü"nü və "Əsrin müqaviləsi" nin 15 illik yubileyini layiqli töhfələrlə qarşılayır
       Sentyabrın 20-də Respublikamızda "Neftçilər Günü", eləcə də iqtisadiyyatımızın dinamik inkişafına təkan verən, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən yeni neft strategiyasının əsasını qoymuş "Əsrin müqaviləsi" nin 15 illik yubileyi təntənə ilə qeyd olunacaqdır. "Ekol Mühəndislik Xidmətləri" QSC də bu əlamətdar günü layiqli töhfələrlə qarşılayır.
       Ölkə Prezidentinin 28 sentyabr 2006-cı il tarixli, 1697 saylı sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nı və ARDNŞ-nin ekoloji siyasətini özünün fəaliyyət proqramı kimi qəbul edən QSC ötən bir ildə bir sıra aktual ekoloji layihələrin həyata keçirilməsinə nail olmuşdur.
       Bu dövrdə QSC-nin Tullantıların Emalı Departamenti tərəfindən əsas "Sifarişçi"lər olan Heydər Əliyev adına BNEZ-nun və "Azərneftyağ NEZ-nun 18 milyon 750 min m3 sənaye çirkab sularını təmizləmiş, 10 min 942 ton neftşlam emal edilərək zərərsizləşdirilmiş, BP exploration (CASAPİAN SEA) Limited Şirkətindən daxil olan 161 m3 parafin emal olunmuşdur.
       Cari ildə QSC-nin Torpaqların Rekultivasiyası Departamenti (TRD) "Bibiheybətneft" NQÇİ -nin mədən ərazilərində neftlə çirklənmiş gölməçələrin qurudulması və çirkli torpaqların rekultivasiyası sahəsində layihələri başa vurmuş, ilin əvvəlindən isə müqaviləyə əsasən "Salyan OİL" LTD-nin Kürsəngi - Qarabağlı yataqlarında qazma şlamın rekultivasiyası layihəsinin icrasına başlamışdır. Layihə ərazisindən 36 min tona qədər neftşlam, 16 min m3-ə qədər çirkab su kənarlaşdırılmış, əraziyə 65 min m3 münbit torpaq daşınaraq bioloji rekultivasiya işlərinə start verilmişdir.
       Ötən il QSC-nin Ekoloji Monitorinq Departamenti ARDNŞ-nin müəssisələri ilə bağlanmış müqavilələr üzrə bir sıra ekoloji layihələr yerinə yetirmişdir. Bibiheybət ərazisində rekultivasiya olunmuş torpaqların, eləcə də, "Salyan OİL" LTD-nin Kürsəngi-Qarabağlı yataqları ərazisində formalaşmış karbohidrogen əsaslı qazma şlamın tullantı anbarlarının ekoloji monitorinqi aparılmışdır.
       "Salyan OİL" LTD -nin mədən ərazilərində qazma şlam tullantılarının bioremidasiya layihəsi üçün "Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi" sənədi hazırlanaraq "Sifarişçi"yə təqdim edilmişdir. ARDNŞ-nin hasilatı həyata keçirdiyi və qazma işləri apardığı rayonlarda formalaşmış tullantı-çirkab su axarları üzərində daimi monitorinq işləri aparılmış, aylıq hesabatlar hazırlanmışdır. ARDNŞ-nin 9 qədər müəssisəsində mövcud olan 256 axardan götürülmüş nümunələr üzərində 2305-dən çox analtik təhlil aparılmış, axarların ətraf mühitə təsir parametrləri müəyyənləşdirilmiş, onların təsirinin azaldılması üçün təkliflər hazırlanaraq müəssisələrə təqdim olunmuşdur. ARDNŞ-nin 14 müəssisəsi üçün normativ-texniki sənədlər işlənib hazırlanmışdır.
       Bir il ərzində qarşılıqlı əməkdaşlıq çərçivəsində QSC-nin xarici əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi sahəsində də yeni keyfiyyət dəyişikliyi baş vermişdir. Bu müddət ərzində "Özbəkneftqaz" Milli Holdinq Şirkəti və "EKONORDRAGMET" Birgə Müəssisəsi ilə işgüzar əməkdaşlıq münasibətləri yaradılmış, neftlə çirklənmiş ərazilərin təmizlənməsində mühüm əhəmiyyətli sorbent maddəsinin birgə istehsalı üçün Alyans müqaviləsi imzalanmışdır. Bununla əlaqədar olaraq artıq qurğu Bakıya gətirilmiş və qısa müddətdə sorbentin istehsalına başlanılacaqdır.
       QSC-nin həyata keçirdiyi ekoloji layihələrin aktuallığı bir çox xarici şirkətlərin marağına səbəb olmuşdur. Bununla əlaqədar olaraq son dövrdə Böyük Britaniyanın "SURFACE ACTİVE SOLUTİONS", Vyetnam Sosialist Respublikasının "Vimexco" İdxal-İxrac və Serviz, ABŞ-nın "Tetra Tech İnc" və s. Şirkətlərlə geniş əməkdaşlıq münasibətləri yaradılmış, qarşılıqlı səfərlər təşkil olunmuş və ilkin sənədlər imzalanmışdır ki, bu da QSC-nin öz xidmətlərinin xarici dövlətlərə inteqrasiya olunmasına böyük imkanlar yaradacaqdır.
       Bu dövrdə QSC-nin sosial - mədəni həyatında da nəzərə çarpacaq dərəcədə keyfiyyət dəyişiklikləri baş vermişdir. İşçilərin iş şəraitinin yaxşılaşdırılması və istirahətlərinin təşkili sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Fevral ayında isə QSC-nin "Babək" prospektindəki yeni ofisinin açılış mərasimi olmuşdur. Açılışda ARDNŞ-nin prezidenti cənab Rövnəq Abdullayev və digər rəsmi şəxslər iştirak etmişlər.
       "Ekol" mini futbol komandası Respublika çempionatında 4-cü, kubok yarışlarında isə 2-ci yeri tutmuşdur.
       Sentyabrın 15-də Milli parkda neftçilərin peşə bayramı və "Əsrin müqaviləsinin" 15 illik yubileyi böyük təntənə ilə qeyd olunmuş, geniş formatda sərgi təşkil edilmişdir. Bu tədbirdə "Ekol Mühəndislik Xidmətləri" QSC də öz fəaliyyətini və uğurlarını əks etdirən stendlə iştirak etmişdir. QSC-nin fəaliyyəti haqqında maraqlı məlumatlar və zövqlə tərtib olunmuş stend tədbir iştirakçılarında böyük maraq doğurmuşdur.
       QSC-nin sərgidə nümayiş etdirdiyi stend tədbirdə iştirak edən ARDNŞ-nin prezidenti cənab Rövnəq Abdullayevin və digər rəsmi şəxslərin də marağına səbəb olmuşdur. QSC-nin baş direktoru Soltan Əliyev QSC-nin fəaliyyəti və perspektiv planlar haqqında ARDNŞ -nin rəhbərliyinə geniş məlumat vermiş, respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması və ARDNŞ-nin həyata keçirdiyi ekoloji layihələrin icrası istiqamətində bundan sonra da əzmlə çalışacaqlarını bildirmişdir.

tarix : 16.09.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.