ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin nümayəndələri "Energiya, Ekologiya, Ekonomiya" Konqresində iştirak etmişdir
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin nümayəndələri "Energiya, Ekologiya, Ekonomiya" Konqresində iştirak etmişdir



Xəbərlər

[25.09.2009]

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin nümayəndələri "Energiya, Ekologiya, Ekonomiya" Konqresində iştirak etmişdir
       Bütün dünyada ekoloji böhranın narahatlıq doğurduğu bir vaxta enerji təhlükəsizliyi, ətraf mühitin çirklənməsi və əhalinin təbii fəlakətlərdən qorunması kimi qlobal problemləri müzakirə etmək məqsədilə sentyabrın 23-dən 25-dək Beynəlxalq Ekoenergetika Akademiyası, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi, Beynəlxalq Hidrogen Enerjisi Assosiasiyası (ABŞ) və "Günəş" Elmi-İstehsalat Assosiasiyasının təşkilatçılığı ilə 10-cu Beynəlxalq Bakı "Energiya, Ekologiya, Ekonomiya" Konqresi keçirilir.
       Paytaxtın "Gülüstan" sarayında keçirilən Konqresə dünyanın 30-dan çox dövlətindən gəlmiş nümayəndələr, Azərbaycan Milli Elmlər Akademiyasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Ali təhsil müəssisələrinin, Elmi Tədqiqat İnstitutlarının alim və mütəxəssisləri eləcə də , tanınmış müstəqil ekspertlər qatılmışdır. Konqresdə baş direktoru Soltan Əliyev başda olmaqla "Ekol Mühəndislik Xidmətləri" QSC-nin nümayəndələri də iştirak etmişlər.
       Konqresdə İqlim dəyişikliyi və onun ətraf mühitə təsiri, Radioaktiv sahələr və onların Abşeron yarımadasının landşaft-geomorfoloji zonaları ilə əlaqəsi, müasir ekoloji böhranların planetar fəsadları, Stabil parametrli enerji əldə etmək üçün qeyri ənənəvi mənbələrdən istifadə, Neft emalı və kənd təsərrüfatı tullantıları əsasında yanacaq briketlərinin alınması, Günəş enerjisinin ekoloji təmiz yanacağa akkumulyasiyası və bir çox digər aktual məsələlər geniş müzakirə edilmiş və səmərəli fikirlər səsləndirilmişdir.
       Sentyabrın 24-də Konqresin plenar iclasında QSC-nin baş direktoru Soltan Əliyev "Azərbaycan Respublikasında ekoloji təmiz texnologiyalar sahəsində inkişafın yeni mərhələsi " mövzusunda geniş çıxış etmişdir.
       Öz çıxışında S. Əliyev Konqres iştirakçılarının diqqətini "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həyata keçirdiyi ekoloji layihələrə, mühəndis-texniki kadr potensialına və maddi texniki bazasına çəkərək, ekoloji problemlərin həlli sahəsində QSC-nin ARDNŞ-nin ən fəal operatorlarından biri olduğunu xüsusilə vurğulamışdır. O, çıxışına davam edərək bildirmişdir ki, rəhbərlik etdiyi QSC Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından xaricdə fəaliyyət göstərən 50-dən çox müəssisə və şirkətlərlə müqavilələr bağlayaraq müxtəlif təyinatlı ekoloji layihələr yerinə yetirir.
       Bununla yanaşı QSC Facet İnternational İnc, Facet İnternational Clarcor, OSWALD SCHULZE Unwelttechnik GmbH, BOENİGK Consult GmbH, HİLLER Company, EMSCHER GENOSSEHAF, Winsker Gmdh, Projekt Engineerinq, Börger Rotary tobe Pumps, Alfa-Laval, Saman, "Viet Anh Technology Co Ltd" , Research Institute of Ministry of Ecology Polish Republic, Sanmar Company, BP Exploration (Caspin Sea) Limited, BAMAG və s. aparıcı dünya şirkətləri ilə səmərəli əməkdaşlıq münasibətləri qurmuşdur.
       Soltan Əliyevin çıxışı Konqres iştirakçılarının marağına səbəb olmuş, bir qrup nümayəndə heyəti QSC-nin istehsalat sahələri ilə tanış olmuşdur. QSC rəhbərliyi Konqresdə bir sıra xarici şirkətlərin nümayəndələri ilə işgüzar görüşlər keçirmişdir.
       Konqresdə ekoloji təmiz texnologiyalar, xüsusilə alternativ enerji texnologiyaları sahəsində elmi nəticələrin müzakirəsi, tətbiqi və təcrübə mübadiləsi üçün geniş imkanlar yaradacaqdır.
       10-cu Beynəlxalq Bakı "Energiya, Ekologiya, Ekonomiya" Konqresi öz işini sentyabrın 25-də başa çatdıracaqdır.

tarix : 25.09.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.