ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol mühəndislik Xidmətləri" QSC 2009-cu ilin III-cü rübünü uğurlu göstəricilərlə başa vurmuşdur
"Ekol mühəndislik Xidmətləri" QSC 2009-cu ilin III-cü rübünü uğurlu göstəricilərlə başa vurmuşdur



Xəbərlər

[5.10.2009]

"Ekol mühəndislik Xidmətləri" QSC 2009-cu ilin III-cü rübünü uğurlu göstəricilərlə başa vurmuşdur
       "Ekol mühəndislik Xidmətləri" QSC 2009-cu ilin III-cü rübünündə də öz fəaliyyətini əvvəlki rejimdə davam etdirərək "Sifarişçi" təşkilatlarla olan müqavilə öhdəliklərini uğurla yerinə yetirmişdir.
       Cari ilin III-cü rübündə QSC-nin Tullantıların emalı departamentinin (TED) 6-cı sahəsində Heydər Əliyev adına BNEZ-nun 2 milyon 500 min m3 , 7-ci sahəsində isə "Azərneftyağ" NEZ- nun 2 milyon 457 m3 sənaye çirkab suları təmizlənmiş, müvafiq olaraq 6-cı sahədə 1 130 ton, 7-ci sahədə isə 1 445 ton neftşlam emal olunaraq zərərsizləşdirilmişdir. Bu müddətdə BP exploration (CASPİAN SEA) Limited Şirkətindən daxil olan 39.8 m3 parafin təmizlənmişdir.
       Hesabat dövründə QSC-nin "Sifarişçi" təşkilatlarından olan "Suraxanı OİL" LTD-nin mədən ərazilərindən 7 779 m3 lay suyu, İxtisaslaşdırılmış Dəniz Neft Donanmasından 729 m3 döşəməaltı lyal su, Abşeron tullantıların emalı MMC-dən isə 171 m3 neftli - yağlı su QSC-nin istehsalat sahələrinə daşınaraq təmizlənmişdir.
       Torpaqların rekultivasiyası departamenti III-cü rübdə müqaviləyə uyğun olaraq, "Salyan OİL" LTD-nin mədən ərazilərində layihənin son mərhələsini, bioloji rekultivasiya işlərini başa çatdıraraq 8 hektar sahədə arpa əkininə başlamışdır.
       QSC-nin Ekoloji monitorinq departamenti də III-cü rübdə öz müqavilə öhdəliklərini layiqincə yerinə yetirmişdir. Bu dövrdə "Sifarişçi" təşkilatların istehsalat sahələrində fasiləsiz olaraq ekoloji monitorinq işləri aparılmış, 11 təşkilatın su təsərrüfatı pasportu, 2 təşkilatın isə YVTH normativ texniki sənədləri hazırlanaraq "Sifarişçi"yə təhvil verilmiş, Departamentin KTL yenidən akkriditasiyadan keçirilmişdir.
       2009-cu ilin III-cü rübündə QSC-nin digər istehsalat sahələrində də işlər uğurla həyata keçirilmiş, qarşılıqlı əməkdaşlıq və yeni ekoloji layihələrin icrası sahəsində bir çox xarici və yerli təşkilatlarla ilkin razılıq əldə olunmuşdur.
       "Ekol mühəndislik Xidmətləri" QSC üzərinə düşən öhdəliklərin layiqincə yerinə yetirilməsi sahəsində fəaliyyətini davam etdirir.

tarix : 05.10.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.