ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Ölkə Prezidenti 2010 -cu ili "Ekologiya ili" elan etdi
Ölkə Prezidenti 2010 -cu ili "Ekologiya ili" elan etdi



Xəbərlər

[29.10.2009]

Ölkə Prezidenti 2010 -cu ili "Ekologiya ili" elan etdi
       Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə ölkə iqtisadiyyatının dinamik inkişafı ilə yanaşı, ekoloji problemlərə xüsusi önəm verilməsi və respublikamızın ərazisində yaşıllıqların artırılması sahəsində görülən işlərin böyük vüsət alması artıq tarixi bir gerçəklikdir. Bu proseslər ulu öndərin layiqli davamçısı İlham Əliyevin hakimiyyətdə olduğu müddətdə də geniş miqyasda davam etdirilməkdədir.
       Nazirlər Kabinetinin iclasındakı çıxışında ekoloji tədbirlərin prioritet xarakter daşıdığını vurğulayan Prezident İlham Əliyev, "Mən Bakıda, ümumən Azərbaycanda ağacların kəsilməsinə qadağa qoyuram", "Biz Bakıda və Abşeron yarımadasında ekologiyanın sağlamlaşdırılması üçün çox böyük , bəlkə də tarixi bir iş görəcəyik" fikirlərini xüsusilə qeyd etmiş, ağacəkmə mövsümündə Bakıda və paytaxtın ətrafında 3 milyon ağac əkilməsi üçün aidiyyatı təşkilatlar qarşısında vəzifələr qoymuşdur.
       Öz çıxışında Abşeron yarımadasında ekologiyanın sağlamlaşdırılması üçün görülən işləri yüksək qiymətləndirən ölkə Prezidenti İlham Əliyev, neftlə çirklənmiş ərazilərin təmizlənməsinə başlandığını qeyd edərək qarşıya belə bir vəzifə qoymuşdur: "Biz bu işi başqa sahələrdə də görməliyik. Bakıətrafı bütün ərazilər rekultivasiya edilməli, neft qalıqlarından təmizlənməli, yerində ağaclar əkilməlidir. Bu sağlamlıq deməkdir."
       Abşeron yarımadasında, ümumən Azərbaycanda ekologiya sahəsində həyata keçirilən işlərin çox önəmli olmasını nəzərə alan ölkə Prezidenti İlham Əliyev 2010-cu ili "Ekologiya ili" elan etmişdir.
       Respublikamızda, xüsusən Abşeron yarımadasında ekoloji vəziyyətin sağlamlaşdırılmasının daimi ölkə Prezidentinin diqqət mərkəzində olması və onun bu sahədəki sərəncam və tapşırıqları, əsas fəaliyyəti ekoloji yönümlü olan "Ekol Mühəndislik Xidmətləri" QSC-nin də qarşısında mühüm vəzifələr qoymuş və bu tapşırıqların fəaliyyət proqramına çevrilməsi zəruriyyətini yaratmışdır.
       Bununla əlaqədar olaraq, torpaqların rekultivasiyası və remidasiyası, neftlə çirklənmiş ərazilərin təmizlənməsi və gölməçələrin qurudulması layihələrinin yerinə yetirilməsi ilə yanaşı, ARDNŞ-nin həyata keçirdiyi ekoloji tədbirlərdə yaxından iştirak edən QSC, öz fəaliyyət sahələrində və "Sifarişçi" təşkilatların ərazilərində yaşıllıqların salınması istiqamətində əlavə tədbirlərinin görülməsini planlaşdırmışdır.

tarix : 29.10.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.