ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-də çalışan mühəndis-texniki işçilərin texniki təhlükəsizlik sahəsində biliklərinin yoxlanılması məqsədilə imtahan keçirilmişdir
QSC-də çalışan mühəndis-texniki işçilərin texniki təhlükəsizlik sahəsində biliklərinin yoxlanılması məqsədilə imtahan keçirilmişdir



Xəbərlər

[12.11.2009]

QSC-də çalışan mühəndis-texniki işçilərin texniki təhlükəsizlik sahəsində biliklərinin yoxlanılması məqsədilə imtahan keçirilmişdir
       "Ekol Mühəndislik Xidmətləri" QSC-də əmək şəraitinin təhlükəsizlik normalarına uyğunlaşdırılması, istehsalat zədələnmələrinin qarşısının alınması və texniki təhlükəsizlik qaydalarına riayət olunması əsas şərtlərdən biridir.
       Bununla əlaqədar olaraq, tədbirlər planına əsasən istehsalat sahələrində əməyin mühafizəsi, texniki təhlükəsizliyin tələblərinə əməl olunması, istehsalat sanitariya normalarına uyğun işçilərin sanitar məişət otaqları, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunmaları daimi diqqət mərkəzindədir.
       Bu sahədə işçilərin bilik səviyyələrinin artırılması istiqamətində də xüsusi tədbirlər görülür, vaxtaşırı treninq və seminarlar keçirilir, dövrü olaraq təhlükəsizlik texnikası təlimatlarına uyğun bu sahədə işçilərin bilik səviyyələri yoxlanılır, əlavə təlimatlandırma və maarifləndirmə tədbirləri görülür.
       Noyabr ayının 09-dan başlayaraq, növbəti dəfə baş direktorun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynovun, Ekoloji monitorinq departamentinin rəisi Şahabiddin Albuşovun, Tullantıların emalı departamentinin rəisi Zeynal Babayevin, Əmək haqqı və əməyin təşkili şöbəsinin rəisi Şahin Səlimovun, Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlovun və İctimai sosial şöbənin mühəndisi - HİK-nin sədri Əli Ələkbərovun iştirakı ilə QSC-də çalışan mühəndis - texniki işçilərin texniki təhlükəsizlik sahəsində biliklərinin yoxlanılması məqsədilə imtahan keçirilir.
       Keçirilən imtahan nəticəsində mühəndis - texniki işçilərin texniki təhlükəsizlik qaydalarını və bu sahədə olan təlimatları dərindən mənimsədikləri aşkar edilmişdir.
       "Ekol Mühəndislik Xidmətləri" QSC -də Texniki təhlükəsizliyin beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində tədbirlər davam etdirilir.

tarix : 12.06.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.