ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Almaniyanın BAMAG şirkəti ilə "Ekol Mühəndislik Xidmətləri" QSC arasında əməkdaşlıq münasibətləri üçün əlverişli şərait yaranmışdır   
Almaniyanın BAMAG şirkəti ilə "Ekol Mühəndislik Xidmətləri" QSC arasında əməkdaşlıq münasibətləri üçün əlverişli şərait yaranmışdır   



Xəbərlər

[13.11.2009]

Almaniyanın BAMAG şirkəti ilə "Ekol Mühəndislik Xidmətləri" QSC arasında əməkdaşlıq münasibətləri üçün əlverişli şərait yaranmışdır
       Xarici əlaqələrinin genişləndirilməsi, öz xidmətlərinin dünya bazarlarına çıxarılması və əlaqədar şirkətlərlə əməkdaşlıq münasibətlərinin yaradılması QSC-nin fəaliyyətinin əsas strateji xəttini təşkil edir. Bu məqsədlə dünyanın bir çox dövlətlərində oxşar fəaliyyət sahələri ilə məşğul olan şirkətlərlə əlaqələr qurulmuş, əməkdaşlıq sahəsində bəzi şirkətlərlə ilkin razılıqlar əldə olunmuşdur. Belə şirkətlərdən biri də Almaniyanın tanınmış BAMAG şirkətidir.
       Ötən ilin sentyabr ayında "Ekol mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Soltan Əliyev Misirin Qahirə şəhərində xidməti ezamiyyətdə olmuş, BAMAG şirkətinin baş meneceri Reinhard Jerzmann ilə görüş keçirmiş, potensial əməkdaşlıq, təcrübə mübadiləsinin aparılması və qarşılıqlı münasibətlərin yaradılması məsələləri müzakirə edilmişdir.
       BAMAG şirkətinin Qahirə şəhərindəki su təmizləmə kompleksləri və müasir texnologiyaları ilə yaxından tanış olan QSC-nin baş direktoru, hazırda dünyanın qlobal problemlərindən olan içməli və məişət-fekal sularının təmizlənməsinin ölkəmiz üçün də aktual olduğunu nəzərə alaraq, BAMAG şirkətinin bu sahədəki təcrübəsinin, yeni texnika və texnologiyalarının Respublikamıza gətirilməsi, tətbiqi və bu istiqamətdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə etmişdir.
       QSC-nin baş direktoru Soltan Əliyev Qahirədə olarkən "Ekol mühəndislik Xidmətləri" QSC ilə BAMAG şirkəti arasında memorandum imzalanmış, tərəflər öz imkanlarından qarşılıqlı istifadə olunması və bu müzakirələrin yaxın gələcəkdə Bakı şəhərində də müzakirə edilməsinin məqsədəuyğunluğu barədə razılığa gəlmişlər.
       Bu əlaqələrin nəticəsi olaraq noyabrın 12-də "Ekol mühəndislik Xidmətləri" QSC-nin baş ofisində Almaniyanın BAMAG Şirkətinin direktoru - baş menecer Peter Spiesin və baş menecer Thomas Winckler ilə görüşü və şirkətin prezentasiyası keçirilmişdir. Görüşdə QSC-nin rəhbərliyi və əlaqədar mütəxəssislər iştirak etmişlər.
       Almaniyalı qonaqlar öz şirkətlərinin potensial imkanları və dünyanın bir çox dövlətlərində həyata keçirdikləri layihələr barədə geniş məlumat vermiş və şirkətlərinin əhalisi 2500-dən 3 000 000-dək olan yaşayış məntəqələrində içməli və məişət - fekal sularının keyfiyyətlə təmizləmək imkanlarına qadir olduğunu görüş iştirakçılarının diqqətinə çatdırmışlar .
       Peter Spies qeyd etmişdir ki, BAMAG şirkəti suların təmizlənməsi ilə yanaşı məişət - fekal sularının atılması zamanı əmələ gələn çöküntülərin tərkibində olan kimyəvi maddələrin zərərsizləşdirilməsi məqsədilə xüsusi insenerator qurğularından istifadə edir. Bu zaman yandırma yolu ilə CO2 və H2O ayrılır, alınan küldən isə kənd təsərrüfatında gübrə kimi istifadə edilir.
       Peter Spies QSC-də sənaye-çirkab sularının təmizlənməsi prosesində yaranan neftşlamın da bu üsulla zərərsizləşdirilməsinin mümkün olduğunu, bu zaman şlamın tərkibində olan neft məhsullarının yanmasından əmələ gələn istilikdən enerji kimi istifadə edilməsini təklif etmişdir.
       QSC-nin baş direktoru Soltan Əliyev bu görüşün hər iki tərəf üçün böyük əhəmiyyət kəsb etdiyini, suların təmizlənməsi sahəsində BAMAG şirkətinin böyük təcrübəyə və müasir texnologiyalara malik olduğunu, öz layihələrini bir çox dövlətlərdə uğurla həyata keçirdiyini vurğulayaraq, eyni zamanda "Ekol mühəndislik Xidmətləri" QSC-nin də bu sahədə kifayət qədər təcrübəsi və güclü maddi - texniki bazası olduğunu, bu şirkətlər arasında əməkdaşlıq münasibətlərinin qurulması üçün münbit şəraitin yarandığını, xarici dövlətlərdə birgə fəaliyyətin mümkünlüyünü və bunun hər iki tərəfə böyük səmərə verə biləcəyini diqqətə çəkdi.
       Sonda tərəflər intensiv görüşlərin keçirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və gələcəkdə birgə əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində məqsədyönlü tədbirlər görülməsinin vacibliyini vurğuladılar.

tarix : 13.06.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.