ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyətində Ulu Öndərin 85 illiyinə həsr olunmuş yığıncaq
 08 may 2008-ci ildə "Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyətində Ulu Öndərin 85 illiyinə həsr olunmuş yığıncaq keçirildi. Yığıncaqda Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Şükür Mehrabov, YAP idarə heyətinin üzvü, Heydər Əliyev adına BNEZ-nun direktor müavini Rafiq Məmmədov. Müəssisənin rəhbərliyi və kollektivi iştirak etdilər.

Xəbərlər

      08 may 2008-ci ildə "Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyətində Ulu Öndərin 85 illiyinə həsr olunmuş yığıncaq keçirildi. Yığıncaqda Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Şükür Mehrabov, YAP idarə heyətinin üzvü, Heydər Əliyev adına BNEZ-nun direktor müavini Rafiq Məmmədov. Müəssisənin rəhbərliyi və kollektivi iştirak etdilər.
      Öncə yığıncaq iştirakçıları Ulu Öndərin abidəsi önünə əklil qoyaraq onun əziz xatirəsini yad etdilər. Sonra yığıncağın rəsmi hissəsi başlandı.
      Yığıncağı giriş sözü ilə açan YAP "Ekol" ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev qeyd etdi ki, Respublikamızda olduğu kimi müəssisəmizdə də Milli Liderimizin 85 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. O, çıxışına davam edərək bildirdi ki, Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirəcək fikir söyləmək böyük məsuliyyət tələb edir. Hələ uzun illər Ulu Öndərin həyatı və əvəzolunmaz siyasi fəaliyyəti elmi tədqiqat obyektinə çevriləcəkdir.
      Sonra yığıncaq iştirakçıları böyük ehtiramla Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
      Söz "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Soltan Əliyevə verildi. Natiq Milli Lider haqqında o öz xatirələrini danışdı . Onun Ulu Öndərimizlə ilk tanışlığı məktəb illərinə təsadüf etdiyini söylədi. Yəni 1975-ci ildə orta məktəbin 3-cü sinfində oxuyarkən pambıq tarlasında Ulu Öndərə gül-çiçək təqdim etməsindən danışdı və bununla fəxr etdiyini iftixar hissi ilə qeyd etdi.
      Sonra söz Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Şükür Mehrabova verildi. O öz çıxışında Ulu Öndərimizin çoxşaxəli bir insan olduğunu bildirdi və Respublikada apardığı daxili və xarici siyasətin indi də hiss olunan təzahürlərindən danışdı.
      Sonra söz qocaman neftçi, ağsaqqalımız baş direktorun köməkçisi Kamil Akimova söz verildi. Kamil Akimov ömrünün xeyli hissəsini məhz Heydər Əliyevin rəhbərliyi altında işlədiyini və yaşadığını və o illəri yada saldıqca həmin illərdən indi də zövq aldığını fəxrlə qeyd etdi. Azərbaycanın neft iqtisadiyyatı o illərdə çox aşağı səviyyədə idi. Onun rəhbərliyi və tövsiyələri əsasında neft iqtisadiyyatının inkişaf etdirilməsinin şahidi olduğunu bildirdi. Natiq Tixonovun Heydər Əliyev ilə birlikdə YBNZ-a gəldiyini xatırlatdı.
      Daha sonra söz YAP idarə heyətinin üzvü, Heydər Əliyev adına BNEZ-nun direktor müavini Rafiq Məmmədova verildi. Rafiq müəllim öz çıxışında Ulu Öndərin Müasir Azərbaycanın qurucusu olduğunu bildirdi və onun xatirəsinin insanların qəlbində daim yaşayacağını qeyd etdi.

tarix : 07.08.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.