ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Bibiheybət" sahəsinin siması gündən - günə gözəlləşir     
"Bibiheybət" sahəsinin siması gündən - günə gözəlləşir     

Xəbərlər

[20.08.2008]

"Bibiheybət" sahəsinin siması gündən - günə gözəlləşir
       Respublika Prezidentinin 28 sentyabr 2006-cı il tarixli, 1697 saylı sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010 cu illər üçün Kompleks Tədbirlər Planı"nın icrası ilə əlaqədar ARDNŞ "Bibiheybətneft" NQÇİ -nin mədən ərazilərində əsaslı şəkildə bir sıra ekoloji layihələr həyata keçirir.
       ARDNŞ-nin potensial podratçısı olan "Ekol Mühəndislik Xidmətləri" QSC bu ekoloji layihələrin yüksək səviyyədə həyata keçirilməsi üçün öz xüsusi texnikalarını və mütəxəssislərdən ibarət işçi qüvvəsini səfərbər edərək hazırda bu sahədə qızğın iş aparır. QSC işlərin keyfiyyətlə və vaxtında başa çatdırılması üçün bir çox "Subpodratçı"ları da bu işlərə cəlb etmişdir.
       Bu işlərin həyata keçirilməsi QSC-nin struktur bölməsi olan "Torpaqların Rekultivasiyası Departamenti"nə həvalə olunmuşdur. Departament may ayından bu günədək 35 hektaradək torpaq sahəsini neftşlamdan və zibilliklərdən təmizləmiş, torpaqların münbitləşdirilməsi və bərpası işlərini yerinə yetirmişdir.
       Həyata keçirilmiş tədbirlər nəticəsində, bir zamanlar çirkli gölməçələrlə, bataqlıqlarla, zibilliklərlə və neftlə çirklənmiş torpaqlarla əhatə olunmuş "Bibiheybətneft" NQÇİ -nin mədən ərazisi indi göz oxşayır və xoş təəssürat bağışlayır.
       "Ekol Mühəndislik Xidmətləri" QSC bu istiqamətdə işlərini davam etdirir.

tarix : 20.08.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.