ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

20 SENTYABR - NEFTÇİLƏR GÜNÜ
20 SENTYABR - NEFTÇİLƏR GÜNÜ

Xəbərlər

[18.09.2008]

20 SENTYABR - NEFTÇİLƏR GÜNÜ
       20 sentyabr Azərbaycanda ən böyük bayramlardan biri - Neftçilər günüdür. 2001-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin sərəncamı ilə 20 sentyabr "Neftçilər günü" elan olunub. Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra milli sərvətimiz olan neft ölkəmizə böyük uğurlar qazandırdı.
       Azərbaycanın neft strategiyasının müəllifi ulu öndər Heydər Əliyevin xatirəsini neftçilər daim əziz tutur. Azərbaycan iqtisadiyyatının dinamik inkişafında neftçilərin əməyi böyükdür. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi"ni - milli lider Heydər Əliyev müəllifi olduğu neft strategiyasını daha da möhkəmləndirdi. Müstəqilliyimizin ilk illərində ölkəmizin qarşılaşdığı çətinliklər neftin və onun emalında zəhməti olan bütün insanların həyat tarixçəsidir. Bu gün hər bir azərbaycanlının bayramıdır.
       "Neftçilər günü" peşə bayramını təntənəli surətdə keçirilməsi nəzərdə tutulub.
       "Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyəti də, təşkil olunacaq mərasimdə iştirak etmək üçün dəvət almışdır. Bildiyimiz kimi müəssisəmizin fəaliyyətinin əsas məqsədi ətraf mühitin mühafizəsi istiqamətində: sənaye çirkab, fekal, lay sularının təmizlənməsi, neftşlamın zərərsizləşdirməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyası və s. sahələrdə aparılan ekoloji yönümlü işlərin həyata keçirilməsindən ibarətdir. Bu işlərin öhdəsindən yeni texnika və texnologiyanın tətbiqi vasitəsilə "Ekol Mühəndislik Xidmətləri" QSC uğurla gəlir.
       Tədbirin mahiyyətini nəzərə alan "Ekol Mühəndislik Xidmətləri" QSC-nin rəhbərliyi "Neftçilər günü"ndə cəmiyyətin iştirakının yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq şöbələrə göstərişlər vermişdir.
       "Ekol Mühəndislik Xidmətləri" QSC-nin bayram münasibəti ilə nümayiş etdirəcəyi stentdə cəmiyyətin ekoloji layihələrin həyata keçirilməsində tətbiq etdiyi yeni qurğular, gücləndirilmiş maddi-texniki baza, müəssisənin praktiki fəaliyyətini əks etdirən eksponatlar göstəriləcəkdir. Hazırlıq prosesinə peşəkar dizaynerlər də cəlb olunmuşdur.

tarix : 18.09.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.