ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Soltan Əliyevin Biznesmen jurnalına müsahibəsi
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Soltan Əliyevin Biznesmen jurnalına müsahibəsi

Xəbərlər

[22.09.2008]

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru
Soltan Əliyevin Biznesmen jurnalına müsahibəsi
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Soltan Əliyevin Biznesmen jurnalına müsahibə vermişdir. Müsahibəni olduğu kimi Sizə təqdim edirik.

Soltan Əliyev
       -Qədim filosoflardan biri insan həyatını səhifələri elə onun özü tərəfindən yazılan bir kitaba bənzədir. Bilmək olarmı: bəs Sizin ömür kitabınızın səhifələrində bu günədək hansı əlamətdar hadisələr yer almışdır?
       - Maraqlı sualdır. Hər bir insanın həyatında olduğu kimi mənim də həyatımda əlamətdar hadisələr çox olub. Tələbəçilik illəri həyatımın ən maraqlı səhifələrindəndir.
       Həyatımın əsas və maraqlı anları Dövlət Neft Şirkətindəki əmək fəaliyyətim ilə bağlıdır. "Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyətinin və ARDNŞ-nin Ekologiya İdarəsinin yaradılmasında olan əməyimlə həmişə qürur hissi keçirirəm. Rəhbərlik etdiyim müəssisənin və kollektivin hər bir uğuru mənim üçün əlamətdar hadisədir.
       Cari ilin may ayında ARDNŞ-nin Prezidenti cənab Rövnəq Abdullayevin müəssisəmizdə olması və yeni neftşlamın emalı qurğusuna start verməsi yaddaşımda qalan hadisələrdəndir.
Həyatımın maraqlı anlarından biri də Bibiheybətlə bağlı apardığımız işlərlə bağlıdır.
       - İstənilən Şirkətin yaranma tarixçəsi - uğur və uğursuzluqların, yeni ideya və qərarların axtarışının çulğalaşdığı sonsuz hadisələr qalareyasıdır. Bu mənada "EKOL" şirkətinin yaranma tarixçəsi ilə oxucularımızı tanış edə bilərsinizmi?
       -Azərbaycanda uzun illər neftin və qazın hasilatı zamanı formalaşan tullantılar torpaqların və su hövzələrinin çirklənməsinə gətirib çıxarmışdır. Ölkəmizin dinamik inkişafı ilə yanaşı Respublikamızda, xüsusilə Abşeron yarımadasında mövcud ekoloji problemlərin həlli ən aktual məsələlərdən biridir. Bu problemlərin həllində ARDNŞ -nin də qarşısında mühüm vəzifələr qoyulmuşdur.
       Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və ARDNŞ-nin fəaliyyət sahələrində ekoloji yönlü layihələrin həyata keçirilməsi məqsədi ilə, dünya standartlarına cavab verən müasir tipli birgə müəssisələrin yaradılması və bu işlərə xarici investorların cəlb olunması zərurəti yaranmışdır.
       Məhz bu zərurətdən 01 mart 2006 - cı il tarixdə ARDNŞ-nin (51%) və "Lancer" Environmental Consultinq Şirkətinin (49%) təsisçiliyi ilə "Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.
       Qısa müddətdə QSC əsasən xarici təsisçinin investisiyası hesabına özünün güclü maddi texniki bazasını yaratmış, ən müasir texnika və texnologiyalarla təchiz edilmiş, Dövlət orqanlarının lisenziyalarını və TSE- İSO- EN- 14001 beynəlxalq sertifikatını almışdır. Müəssisədə yüksək ixtisaslı mühəndis - texniki işçilər, mütəxəssislər və peşəkar fəhlə heyəti çalışır.
       - Müasir dünyamız üçün olduqca mühüm əhəmiyyətə malik bir missiyanın daşıyıcısı olan " EKOL " şirkətinin əsas fəaliyyət sahələri hansılardır?
       -Şirkətimiz insanların sağlamlığına xidmət edən ətraf mühitin sağlamlaşdırılması sahəsində ümumbəşəri bir missiyanın iştirakçısıdır.
       Şirkət əsasən sənaye çirkab sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi, torpaqların rekultivasiyası və remidasiyası, tutumların təmizlənməsi, ekoloji texniki normativ sənədlərin işlənib hazırlanması, ekoloji monitorinq işlərinin aparılması, kompleks laboratoriya xidmətlərinin göstərilməsi, bağçılıq təsərrüfatının yaradılması, şəlalələrin fontanların və suvarma sistemlərinin quraşdırılması, yaşıllıqların salınması, gül və bəzək kollarının, ağacların əkilməsi və becərilməsi, torpağın profilinin çıxarılması və kimyəvi analizinin aparılması, torpaqların üzvi və qeyri üzvi gübrələrin verilməsi ilə münbitləşdirilməsi və s. bu kimi ekoloji yönlü fəaliyyət sahələri ilə məşğuldur.
       - Sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən ölkəmizin ekologiyası sahəsində dövlət proqramının qəbulu və həyata keçirilməsi üzrə Sərəncamın verilməsinin iki ili tamam olur. Bu mühüm sənəddə verilmiş müddəalardan hansıları "EKOL" şirkətinin əsasını təşkil edir?
       -Respublika Prezidentinin 28 sentyabr 2006 - cı il tarixli, 1697 saylı sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006 - 2010-cu illər üçün "Kompleks Tədbirlər Planı" Şirkətimiz tərəfindən diqqətlə təhlil olunmuşdur. Bu sərəncamla təsdiq edilmiş "Tədbirlər Planı" nda ARDNŞ tərəfindən bir sıra ekoloji problemlərin həlli nəzərdə tutulmuşdur. Şirkətimiz bu problemlərin həllində özünü potensial podratçılar qismində təsdiq etmişdir.
       -"Kompleks Tədbirlər Planı" nın icrası ilə əlaqədar olaraq , "Ekol Mühəndislik Xidmətləri " QSC ekoloji layihələrin həyata keçirilməsi, sənaye-çirkab sularının və neftşlamın təmizlənməsi prosesinin ətraf mühitə mənfi təsirinin azaldılması məqsədilə, xarici təsisçinin investisiyası hesabına ən müasir texnika və texnologiyaların alınması və tətbiqi istiqamətində xeyli işlər görmüş, "Bibiheybətneft" NQÇİ - nin mədən ərazilərində torpaqların təmizlənməsinə başlamışdır.
       Ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması istiqamətində ARDNŞ-nin 30 - dan çox təşkilatında ekoloji yönlü layihələr həyata keçirilir. Aparılmış ekoloji tədqiqatlar nəticəsində Hövsan və Bibiheybət sahələrindəki çirkab su kanallarında təmizləyici qurğuların quraşdırılması sahəsində tədqiqat işləri aparmışdır.
       -Azərbaycan-zəngin tarixi dövlətçilik ənənələri olsa da müstəqilliyinin bərpası baxımından yetərincə gənc dövlətdir. Bu mənada təbii ki, ekoloji problemlərin həlli sahəsində müvafiq elmi və texniki potensialın ərsəyə gətirilməsi baxımından görüləsi işlər az deyildir. Yəqin ki, həmin amili nəzərə alaraq Siz bu istiqamətdə toplanmış dünya təcrübəsinə müraciət etmisiniz. Ekoloji problemlərin həlli sahəsində hansı xarici şirkətlərlə tərəfdaşlıq edirsiniz?
       -Şirkətimiz öz fəaliyyətində tarixi dövlətçilik ənənələrinə, elmin və dünya təcrübəsinin son nailiyyətlərinə əsaslanır. Fərəh hissi ilə qeyd etmək istəyirəm ki, ekologiya sahəsində respublikamızda güclü kadr potensialı vardır və şirkətimiz bu mütəxəssislərlə sıx əməkdaşlıq edir, lazım gəldikdə onları ekoloji layihələrin icrasına cəlb edir. Ekoloji problemlər qlobal xarakter daşıdığından, respublikamızdakı bugünkü problemlər demək olar ki, dünyanın bir çox dövlətlərin problemləri ilə eynidir. Bu baxımdan öz fəaliyyətimizdə ekologiya sahəsində dünyanın ən qabaqcıl təcrübələrini tətbiq edirik.
       Bu istiqamətdə dünyada tanınmış Almaniyanın "Facet", "Oswald Shults", "Emscher Genossenschaft", " Projekt Engineerinq Wincker GmdH"İsveçrınin " Alfa-Laval " və BP Əməliyyat Şirkətləri ilə işgüzar əməkdaşlıq edirik.
       "EKOL" şirkəti iqtisadi əlaqələrinin genişləndirilməsi və gələcəkdə ekoloji layihələrin birgə həyata keçirilməsi məqsədilə Xəzəryanı dövlətlərdə fəaliyyət göstərən müvafiq qurumlarla əməkdaşlıq etmək və bu dövlətlərdə öz nümayəndəliklərini açmaq niyətindədir.
       - İstər yüksək dini-mənəvi dəyəri, istərsə də " Sevinc buxtası" kimi ölkəmizdə dəniz-sənaye neftçıxarmasının başlanğıc nöqtəsi olaraq dünya neft hasilatı tarixində tutduğu mühüm yer baxımından hər bir vətəndaşımıza doğma olan Bibiheybət ərazisində "EKOL" şirkəti tərəfindən hansı işlər görülmüşdür və bununla bağlı nə kimi perspektiv planlarınız vardır?
       - Mən çox xoşbəxtəm kı, Ulu Öndərimiz, tarixi şəxsiyyət Heydər Əliyevlə bir dövrdə yaşayıb, onun şah əsəri olan Azərbaycan dövlətinin qurulmasının şahidi və iştirakçısı olmuşam.
       Məhz 1993 - cü ildə xalqın tələbi və təkidi ilə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bütün sahələrdə olduğu kimi, mənəviyyat sahəsində də Azərbaycan xalqı öz mənəvi və dini köklərini qayıtdı.
       1994 - cü ildə Qurban bayramında Heydər Əliyev Bibiheybət məscidini ziyarət etdi və Respublikanın iqtisadi çətinliklərinə baxmayaraq burada yeni məscid binasının tikilməsi barədə göstəriş verdi. Bununla da dini

tarix : 22.09.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.