ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin kollektivi Ölkəmizin daxili və xarici siyasətini dəstəkləyir
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin kollektivi Ölkəmizin daxili və xarici siyasətini dəstəkləyir

Xəbərlər

[26.09.2008]

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin kollektivi Ölkəmizin
daxili və xarici siyasətini dəstəkləyir
       Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mənəvi-mədəni tərəqqisinə nail olunması, ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması beynəlxalq normalara əsaslanan demokratik - hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suveren Azərbaycanın əsas qanunu olan konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi ilə bağlı proseslərin müvəffəqiyyətli həlli məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
       Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının qeyd etdiyi kimi "Bu gün Heydər Əliyevin cismani yoxluğu bizi ruhdan salmamalıdır. Onun ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, ideologiyası yaşayır. Yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir. Hamımızın borcudur ki, onun siyasətini yaşadaq və Vətənimizi bu yolla irəliyə aparaq. Bu, hamımız üçün, onu tanıyanlar və sevənlər, onunla birlikdə işləyən bütün insanlar üçün böyük sınaqdır. Azərbaycanda bu siyasətə alternativ yoxdur. Bu siyasət Azərbaycana böyük uğurlar gətirib və əminəm ki, daha da yeni-yeni uğurlar gətirəcəkdir".
       Ulu öndərin daxili və xarici siyasətinin layiqli davamçı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, müasir səviyyədə yeni infrastrukturların yaradılması ölkə iqtisadiyyatının dinamik inkişafına təkan vermiş, Respublikamızı dünyada tanınmış və inkişaf etmiş dövlətlər sırasına daxil etmişdir. Ölkəmiz gündən - günə müasirləşir, Azərbaycanın dünya əhəmiyyətli böyük enerji layihələrinin iştirakçısı və təşəbbüskarı olması onun iqtisadi qüdrətini artırır və maliyyə imkanlarını gücləndirir.
       Respublika Prezidenti İlham Əliyev bütün sahələrdə, ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni, səhiyyə, təhsil və ordu quruculuğunun inkişafı ilə yanaş ətraf mühitin mühafizəsi və qlobal ekoloji layihələrin həyata keçirilməsinə də xüsusi diqqət yetirmişdir. " İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz su. Bütün bunlara biz çox böyük diqqət yetirməliyik". deyən Prezident İlham Əliyev 28 sentyabr 2006-cı il tarixli, 1697 saylı sərəncamı ilə "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006 - 2010 -cu illər üçün Kompleks Tədbirlər Planı"nı təsdiq etmişdir.
       Həmin ildə "Kompleks Tədbirlər Planı"nın icrasını təmin etmək məqsədilə Ölkə Prezidentinin tövsiyəsi ilə yeni müasir tipli müəssisələr yaradılmışdır. Bu müəssisələrdən biri də 01 mart 2006-cı il tarixdə ARDNŞ-nin ( 51 % ) və "Lancer" Environmental Consultinq Şirkətinin ( 49 % ) təsisçiliyi ilə yaradılmış "Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyətidir.
       "Ekol Mühəndislik Xidmətləri" QSC yarandığı qısa bir müddətdə, əsasən xarici təsisçinin investisiyası hesabına özünün güclü maddi - texniki bazasını və peşəkar kadr potensialını formalaşdırmış, ARDNŞ-nin potensial podratçısı kimi özünü təsdiq etmişdir.
       QSC hazırda ARDNŞ-nin tabeli təşkilatlarının istehsalat sahələrində. Xüsusilə "Bibiheybətneft" NQÇİ -nin mədən ərazilərində genişmiqyaslı ekoloji layihələr həyata keçirir.
       "Ekol Mühəndislik Xidmətləri" QSC istehsalat fəaliyyəti ilə yanaşı Respublikamızın ictimai - siyasi həyatında da fəal iştirak edir, ölkəmizin daxili və xarici siyasətini ürəkdən dəstəkləyir. Xüsusilə Nizami rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının keçirdiyi rəsmi və kütləvi tədbirlərdə yaxından iştirak edir, problemlərin həllinə öz köməkliyini əsirgəmir. YAP Nizami rayon təşkilatının ictimai - siyasi fəaliyyətində fəal iştirakına görə QSC fəxri fərman ilə təltif olunmuşdur.
       Prezident seçkiləri ilə əlaqədar olaraq QSC -nin kollektivi xüsusi fəallıq göstərir. Kollektivin xeyli sayda üzvləri məntəqə seçki komissiyalarına sədr, üzv və müşahidəçi seçilmişlər. Kollektivin iki üzvü YAP Nizami rayon təşkilatının şura və idarə heyətinin üzvüdür.
       Qarşıdan gələn Prezident seçkilərində "Ekol Mühəndislik Xidmətləri" QSC -nin kollektivi ruh yüksəkliyi ilə sabitliyi, iqtisadiyyatın dinamik inkişafını, hüquqi dövlət quruculuğunu, milli mənafeyin qorunub saxlanmasını, güclü ordu quruculuğunu və xalqımızı işıqlı gələcəyə aparan Heydər Əliyev siyasi kursunu dəstəkləyəcək və ona səs verəcəkdir.

tarix : 26.09.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.