ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC -nin Baş direktorunun Qahirə şəhərinə xidməti ezamiyyəti başa çatmışdır
"Ekol Mühəndislik Xidmətləri" QSC -nin Baş direktorunun Qahirə şəhərinə xidməti ezamiyyəti başa çatmışdır

Xəbərlər

[3.10.2008]

"Ekol Mühəndislik Xidmətləri" QSC -nin Baş direktorunun
Qahirə şəhərinə xidməti ezamiyyəti başa çatmışdır
       Xəbər verildiyi kimi BAMAG Şirkətinin dəvəti ilə "Ekol Mühəndislik Xidmətləri" QSC -nin Baş direktoru Soltan Əliyev 26.09.2008-ci il tarixdən, 29.09.2008-ci il tarixədək Misir dövlətinin Qahirə şəhərində xidməti ezamiyyətdə olmuşdur.
       Ezamiyyə müddətində Soltan Əliyev BAMAG Misir Şirkətinin Baş meneceri cənab Reinhard Jerzmann ilə Şirkətin Qahirə şəhərindəki mərkəzi ofisində görüşlər keçirmiş, potensial əməkdaşlıq, təcrübə mübadiləsinin təmin edilməsi və qarşılıqlı münasibətlərin yaradılması məsələləri qarşı tərəflə müzakirə edilmişdir.
       Soltan Əliyev BAMAG Misir Şirkətinin Aleksandiriya şəhərində inşa edərək istifadəyə verdiyi və Qahirə şəhərində inşa etdiyi, tikintisi gələn ilin 1-ci rübündə başa çatması nəzərdə tutulan, 3 milyon əhalini fasiləsiz içməli su ilə təmin edəcək möhtəşəm su təmizləmə kompleksləri ilə yaxından tanış olmuş, müasir dünyamızın qlobal problemlərindən olan içməli və məişət - fekal sularının təmizlənməsinin bu Şirkətdə ən müasir texnologiyalarla və yüksək səviyyədə təşkil olunması onda böyük maraq doğurmuşdur.
       Baş direktor bu problemlərin Ölkəmiz üçün də aktual olduğunu nəzərə alaraq, BAMAG Şirkətinin bu sahədəki təcrübəsinin, yeni texnika və texnologiyalarının Respublikamıza gətirilməsi, tətbiqi və bu istiqamətində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini də müzakirə etmiş, sonda "Ekol Mühəndislik Xidmətləri" QSC ilə BAMAG Misir Şirkəti arasında memorandum imzalanmış, tərəflər öz imkanlarından qarşılıqlı istifadə edilməsi barədə razılığa gəlmişlər.
       "Ekol Mühəndislik Xidmətləri" QSC -nin Baş direktoru Soltan Əliyev QSC-nin potensial imkanları ilə yaxından tanış olmaq üçün BAMAG Misir Şirkətinin Baş meneceri cənab Reinhard Jerzmannı Bakı şəhərinə dəvət etmişdir.
       Xidməti ezamiyyəti müddətində Soltan Əliyevin əldə etdiyi məlumatlar və xoş təəssüratlar "Ekol Mühəndislik Xidmətləri " QSC -nin içməli və məişət - fekal sularının təmizlənməsi sahəsində yeni ekoloji layihələrin işlənib hazırlanmasına və bu barədə ölkə rəhbərliyinə müraciət olunmasına zəmin yaratmışdır.

tarix : 03.10.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.