ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC - nin baş direktoru Soltan Əliyev "EKONORDRAGMET" Şirkətinin dəvəti ilə Özbəkistan Respublikasının Daşkənt şəhəri
"Ekol Mühəndislik Xidmətləri" QSC - nin baş direktoru Soltan Əliyev "EKONORDRAGMET" Şirkətinin dəvəti ilə Özbəkistan Respublikasının Daşkənt şəhərində xidməti ezamiyyətdə olmuşdur

Xəbərlər

[21.10.2008]

"Ekol Mühəndislik Xidmətləri" QSC - nin baş direktoru Soltan Əliyev
"EKONORDRAGMET" Şirkətinin dəvəti ilə Özbəkistan Respublikasının Daşkənt şəhərində xidməti ezamiyyətdə olmuşdur
Soltan Əliyev        "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət dairəsinin genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq münasibətlərinin yaradılması məqsədilə QSC-nin baş direktoru Soltan Əliyev "EKONORDRAGMET" Şirkətinin dəvəti ilə 06.10.2008-ci il tarixdən 12.10. 2008-ci il tarixədək Özbəkistanın Daşkənd şəhərində xidməti ezamiyyətdə olmuşdur.
       Xidməti ezamiyyəti dövründə Soltan Əliyev "EKONORDRAGMET" Şirkətinin baş direktoru Rovşan Vahidoviç Akbarov, icraçı direktor Kim Emelya, kordinator Farrux Şirinovla və Şirkətin digər əməkdaşları ilə görüşlər keçirmiş, qarşılıqlı fəaliyyət üçün mümkün olan imkanlar müəyyənləşmişdir.
       Görüş zamanı qeyd olunmuşdur ki, hər iki Şirkətin ekoloji yönümlü fəaliyyəti əlverişli əməkdaşlıq üçün zəmin yaratmışdır. Bu əlaqələrin genişlənməsi məqsədilə tərəflər işçi qrupu yaratmalı və bu istiqamətdə ilk addımlar atılmalıdır.
       QSC-nin baş direktoru Soltan Əliyev "EKONORDRAGMET" Şirkətinin sorbent istehsalı ilə xüsusilə tanış olmuşdur. "Ekol Mühəndislik Xidmətləri"QSC-nin dəstəyi və infrastruktur köməyi əsasında QSC və "EKONORDRAGMET" Alyans olaraq sorbentin istehsal olunması və xarici ölkələrə satılması məsələlərini də müzakirə etmiş və bunun mümkün olması vurğulanmışdır.
       Müzakirələr əsnasında qeyd olunmuşdur ki, hər iki Şirkətin ekoloji layihələr həyata keçirməsi, "Ekol Mühəndislik Xidmətləri" QSC ilə Özbəkistanın "EKONORDRAGMET" Şirkəti arasında sıx əməkdaşlıq münasibətlərinin yaranmasına əsas verəcək, "Ekol" Şirkətinin investisiyası, Özbəkistanın tərəfdaşlığı və dövlət təşkilatlarının dəstəyi ilə gələcəkdə ekologiya sahəsində fəaliyyət göstərəcək birgə müəssisənin yaranmasını mümkün edəcəkdir.
       Tərəflər arasında əldə olunan ilkin razılıqların həyata keçirilməsi üçün hər iki tərəfin işçi qrupu yaradılmış, qısa müddətdə bu işlərə start verilməsi qərara alınmışdır. Hazırda bu sahədə işlər davam etdirilir.

tarix : 21.10.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.