ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Çirklənmiş torpaqların bərpası - təklif olunan üsullar" mövzusunda konfrans keçirilmişdir

 

[6.11.2008]

"Çirklənmiş torpaqların bərpası - təklif olunan üsullar" mövzusunda konfrans keçirilmişdir
Soltan Əliyev        Noyabrın 3-4 -də "PARK HYATT BAKU" otelində ARDNŞ-nin Ekologiya İdarəsinin təşkilatçılığı ilə "Çirklənmiş torpaqların bərpası - təklif olunan üsullar" mövzusunda konfrans keçirilmişdir.
       Konfransda bir çox yerli və xarici Şirkətlərin rəhbərləri, elm tədqiqat institutlarının əməkdaşları və ARDNŞ-nin səlahiyyətli nümayəndələri iştirak etmişlər. Konfransa "Ekol Mühəndislik Xidmətləri" QSC -nin baş direktoru Soltan Əliyev və mütəxəssislər də qatılmışlar.
       Konfransı giriş sözü ilə açan ARDNŞ -nin vitse-prezidenti Muxtar Babayev çirklənmiş torpaqların rekultivasiyası və remidasiyası sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi.
       Konfransda çıxış edən "Ekol Mühəndislik Xidmətləri" QSC -nin baş direktoru Soltan Əliyev çirklənmiş torpaqların rekultivasiyasi və remidasiyası sahəsində rəhbərlik etdiyi Şirkətin böyük təcrübəyə, maddi texniki bazaya və kadr potensialına malik olduğunu xüsusilə qeyd etdi.
       Soltan Əliyev çıxışına davam edərək bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş " Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010 -cu illər üçün Kompleks Tədbirlər Planı"ndan irəli gələn və ARDNŞ -nin qarşısında duran vəzifələrin yerinə yetirilməsində potensial podratçı qismində QSC xeyli işlər həyata keçirmişdir. İlk olaraq "Bibiheybətneft" NQÇİ -nin mədən ərazilərində çirklənmiş torpaqların rekultivasiyası işlərinə başlanılmış, bu ərazidə əhalinin sıx məskunlaşdığı nəzərə alınaraq bu işlərə kompleks şəkildə yanaşılmışdır.
       QSC cari ilin may ayından "Bibiheybətneft" NQÇİ -nin mədən ərazilərində çirklənmiş torpaqların rekultivasiya və remidasiya işlərinə başlamışdır. Bu müddət ərzində lay suları, qazma şlamı və təsərrüfat - məişət tullantıları ilə yararsız hala salınmış 526 hektar torpaq sahəsindən 40 hektarında rekultivasiya işləri tam başa çatdırılmış, ərazidəki məişət kanalizasiya və lay sularından yaranmış iri gölməçələr qurudulmuşdur.
       Soltan Əliyev qeyd etdi ki, bu işlərin həyata keçirilməsində dünya ölkələrinin təcrübəsindən və yeni texnologiyalardan istifadə olunmuşdur. Ümumiyyətlə "Ekol Mühəndislik Xidmətləri" QSC ekologiya sahəsində Almaniyanın "Facet", "Oswald Shults", "Emscher Genossenschat", "Projekt Engineerinq", "Projekt Engineerinq Wincker Gmbh ", İsveçin "Alfa-Laval", Çexiyanın " İNCHETA", BP, Lukoil və bir çox Şirkətlərlə sıx əməkdaşlıq edir.
       QSC-nin baş direktoru çirklənmiş torpaqların rekultivasiyası və remidasiyası sahəsində yeni üsulların və texnologiyaların tətbiqi istiqamətində bundan sonra da işlər aparılacağını xüsusilə vurğuladı.
       Konfrans iştirakçıları çirklənmiş torpaqların mexaniki və bioloji üsullarla rekultivasiyası sahəsində yeni təkliflərin hazırlanmasını və xüsusilə elmi tədqiqat institutlarının tədqiqat işlərinin genişləndirilməsini zəruri hesab etdilər.
       Noyabrın 4-də konfrans öz işini başa vurmuşdur.

tarix : 06.11.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.