ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin yeni ofisində istehsalat müşavirəsi keçirilmişdir
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin yeni ofisində istehsalat müşavirəsi keçirilmişdir

Xəbərlər

[26.11.2008]

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin yeni ofisində istehsalat müşavirəsi keçirilmişdir
       Noyabrın 21-də "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Babək prospekti-10 ünvanda yerləşən, yenicə istifadəyə verilmiş baş ofisində ilk istehsalat müşavirəsi keçirilmişdir. Müşavirədə QSC-nin rəhbərləri, idarəetmə aparatı işçiləri və struktur bölmələrinin rəisləri iştirak etmişdir.
       Müşavirəni giriş sözü ilə açan QSC-nin baş direktoru Soltan Əliyev ilk öncə müşavirə iştirakçılarını yeni müasir tipli ofis binasına köçmələri münasibəti ilə təbrik etdi, binanın inşasında və təchiz edilməsində əməyi olan hər bir kəsə öz minnətdarlığını bildirdi. Baş direktor bu günlərdə QSC-nin yeni baş ofisinin təntənəli açılış mərasiminin olacağını, ARDNŞ və təsisçi Şirkətlərin rəhbərlərinin də bu mərasimə qatılacağını qeyd etdi.
       Daha sonra Soltan Əliyev görülmüş işlər, yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr haqqında çıxış edərək nöqsanların aradan qaldırılması və qarşıda duran vəzifələrin həlli yolları barədə öz praqmatik tövsiyələrini verdi.
       Baş direktor çıxışına davam edərək bildirdi ki, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin maddi texniki bazasının günü - gündən güclənməsi və həyata keçirdiyi ekoloji layihələrin aktuallığı təkcə Respublikamızda fəaliyyət göstərən Şirkətlərin deyil, eyni zamanda, MDB və bir sıra Avropa dövlətlərində fəaliyyət göstərən Şirkətlərin də marağına səbəb olmuşdur. Məhz bunun nəticəsidir ki, Türküyə, Almaniya, Polşa, Çexiya, İspaniya, Özbəkistan və Türkmənistan dövlətlərində fəaliyyət göstərən bir neçə ekoloji yönümlü Şirkətlərlə qarşılıqlı əməkdaşlıq münasibətlərinin yaradılması barədə ilkin razılıq əldə olunmuşdur.
       Soltan Əliyev qeyd etdi ki, xarici dövlətlərlə əməkdaşlıq münasibətlərinin qurulması hər birimizdə məsuliyyət hissini daha da artırmalı, işimizi beynəlxalq standartlar səviyyəsində yeni çalarlarla qurmalıyıq.
       Baş direktorun müşaviri, təcrübəli mütəxəssis Kamil Akimov, Maliyyə və uçot departamentinin rəisi Əli Bağışov, Hüquq şöbəsinin rəisi Ruhəngiz Qəhrəmanova və başqaları çıxış edərək, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin inkişaf etdirilməsinin və imicinin artırılmasının hər birimizin vəzifə borcu olduğunu və bunun üçün qarşıda geniş imkanlar açıldığını xüsusilə vurğuladılar.
       Sonda baş direktor struktur bölməsinin rəhbərlərini konkret tapşırıqlarını verdi və istehsalat müşavirəsinin ayda bir dəfə keçirilməsi qərara alındı.

tarix : 26.11.2008

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.