ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin maddi texniki bazası gücləndirilir
QSC-nin fəaliyyət sahələri genişləndikcə onun maddi-texniki bazasının gücləndirilməsi də önəmli əhəmiyyət kəsb edir.

Bu məqsədlə son bir ildə yeni texnika və texnologiyaların, xüsusi texnikaların alınması və istehsalata tətbiq olunması, eləcə də yeni ofis binasının, istehsalat obyektlərinin və yardımçı binaların tikilib istifadəyə verilməsi sahəsində xeyli işlər görülmüşdür.
Bununla yanaşı daimi təsisçilərin diqqət mərkəzində olan QSC-nin fəaliyyət dairəsinin genişləndirilməsi və daha da inkişaf etdirilməsi məqsədilə, ARDNŞ-nin struktur bölmələrinin balansında olan müvafiq qurğuların və qeyri yaşayış sahələrinin QSC -nin istifadəsinə verilməsi də maddi-texniki bazanın güclənməsinə təkan verən tədbirlər silsiləsindəndir.
Bu tədbirlərin məntiqi davamı olaraq cari ilin oktyabr ayında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 20.10.2009-cu il tarixli, 102 saylı Sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu ünvanında yerləşən, ümumi sahəsi 414.3 m2 təşkil edən ARDNŞ, Ekologiya İdarəsinin balansında olan qeyri-yaşayış sahəsi xidmət məqsədi ilə QSC-nin istifadəsinə verilmişdir.

Müasir tipli bu qeyri-yaşayış sahəsi QSC -nin yeni yaradılacaq struktur vahidlərinin yerləşdirilməsi üçün nəzərdə tutulur. Bununla əlaqədar olaraq burada əlavə rekonstruksiya və abadlaşdırma işlərinin aparılması planlaşdırılmışdır.

 

tarix : 07.12.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.