ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC yeni ekoloji layihələrin icrasına başlayacaq

tarix : 14.12.2009

Ölkə başçısının 2010 -cu ili "Ekologiya İli" elan etməsi ilə əlaqədar olaraq, növbəti ildə Respublikamızın hər yerində, xüsusilə Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması və yaşıllıqların salınması üçün iri miqyaslı ekoloji layihələrin həyata keçirilməsinə hazırlıq işlərinə başlanılmışdır.

ARDNŞ-də növbəti ildə Abşeron yarımadasında uzun illər neftlə çirklənmiş ərazilərin təmizlənməsi, gölməçələrin qurudulması və yaşıllıq zolaqlarının salınması sahəsində məqsədli tədbirlər planı işləyib hazırlamış, dekabr ayından başlayaraq bu işlərə start verilmişdir.
Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində ARDNŞ-nin Ekologiya İdarəsi tərəfindən "Ekoloji Park"in yaradılması, Böyükşor gölünün ətrafında olan kiçik gölməçələrin qurudulması həmin ərazilərdə bioremediasiya və yaşıllaşdırma işlərinin aparılması və s. bu kimi layihələr tədbirlər planına daxil edilmişdir.
Böyükşor gölünün ətrafında olan kiçik gölməçələrin qurudulması həmin sahədə və Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində bioremediasiya və yaşıllaşdırma layihələrinin həyata keçirilməsi "Azneft" İB ilə ARDNŞ-nin potensial podratçısı olan "Ekol Mühəndislik Xidmətləri" QSC-nə həvalə edilmişdir.
Ulu Öndərin anım günü ilə əlaqədar ARDNŞ-nin struktur bölmələrinin Z.Tağıyev adına NQÇİ-nin ərazisində keçirdiyi iməcilikdə Şirkətin Prezidenti Rövnəq Abdullayev, digər rəhbər işçilər və KİV-nin nümayəndələri də bu tədbirdə iştirak etmiş və xatirə ağacları əkilmişdir.
Şirkət rəhbərliyinə məlumat verilmişdir ki, dekabr ayında yeni yaradılan "Ekoloji Park" da Ekologiya İdarəsi tərəfindən 200 ədəd Eldar şamı, 200 ədəd Daryarpaq evkalipt, 100 ədəd Adi ağcaqayın, ümumilikdə 500-dən artıq biosferə təsir edəcək ağac növləri əkilmişdir və bu işlər davam etdirilir. Şirkət rəhbərliyi parkın ərazisi ilə tanış olmuş və öz tapşırıqlarını vermişdir.
Dekabrın 12-də QSC-nin kollektivi də Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində (Layihə sahəsində) Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş iməcilik keçirmiş, ərazidə ilkin monitorinq, nivelir-ölçmə və abadlaşdırma işləri aparılmışdır. Şirkət rəhbərliyi Z.Tağıyev adına NQÇİ-nin bioremediasiya aparılacaq mədən ərazisi ilə də tanış olmuşlar.
"Ekol Mühəndislik Xidmətləri" QSC-nın Baş direktoru Soltan Əliyev əyani vasitələrlə ARDNŞ-nin Prezidenti Rövnəq Abdullayevə layihənin mahiyyəti və görüləcək işlər barədə geniş məlumat vermiş, ərazinin perspektiv planı nümayiş etdirilmişdir.

ARDNŞ-nin rəhbəri layihə üzrə görüləcək işləri razılıq hissi ilə qarşılamış, əvvəlki illərdə olduğu kimi QSC-nin bu layihənin də öhdəsindən layiqincə gələcəyinə əminliyini bildirmiş və bu işdə onlara uğurlar arzulamışdır.

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.