Son illər ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. 2010-cu ilin "Ekologiya İli" elan olunması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
"Ekol Mühəndislik Xidmətləri" QSC də "Ekologiya İli" nə ciddi hazırlıq işləri görür. Artıq dekabr ayından başlayaraq QSC-nin istehsalat sahələrində iməciliklər keçirilir. Növbəti iməcilik dekabrın 19-da xidməti məqsəd üçün QSC-nin istifadəsinə verilmiş qeyri-yaşayış sahəsinin (A-4 qurğusu) ərazisində keçirilmiş, xeyli abadlaşdırma işləri görülmüş, 200-dən çox yeni ağaclar əkilmişdir. İməcilikdə QSC-nin çoxsaylı əməkdaşları iştirak etmişlər.
| Bu kimi tədbirlərin bundan sonra da ardıcıl keçirilməsi nəzərdə tutulmuşdur.
| |
tarix : 21.12.2009