ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC "Ekologiya İli" ilə əlaqədar tədbirlərini davam etdirir
Respublikamızda, xüsusilə Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində ölkə Prezidenti İlham Əliyevin qəbul etdiyi qərarlar və bununla əlaqədar ARDNŞ-nin müəyyən etdiyi ekoloji siyasətə uyğun ardıcıl olaraq həyata keçirdiyi irimiqyaslı ekoloji layihələrin icrası, "Ekol Mühəndislik Xidmətləri" QSC –nin də fəaliyyətinin prioritet istiqamətlərindən biridir.

Qeyd olunduğu kimi, 2010 cu ilin "Ekologiya İli" olması ilə əlaqədar, cari ilin dekabr ayından QSC təsdiq olunmuş tədbirlər planına uyğun bir sıra ekoloji layihələrin icrasına başlamış, növbəti ildə bu tədbirlərin daha da genişləndirilməsi üçün hazırlıq işləri görülmüşdür.
Hazırda QSC-nin bu istiqamətdə apardığı layihələrdən biri də ARDNŞ-nin Ekologiya İdarəsinin balansında olmuş və ilin sonunda xidməti məqsədlər üçün QSC -nə verilmiş Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu ünvanda yerləşən qeyri-yaşayış sahəsinin əsaslı təmiri, rekonstruksiyası, abadlaşdırılması və ərazinin yaşıllaşdırılmasıdır.
"Ekol Mühəndislik Xidmətləri" QSC öz daxili imkanları hesabına artıq bu sahədə xeyli işlər görmüş, ardıcıl keçirilən iməciliklərdə ərazidə yüzlərlə ağac və bəzək kolları əkilmişdir.
Dekabrın 26-da QSC-nin həmin sahədə növbəti iməciliyi keçirilmiş, 200-ə qədər əməkdaş tədbirdə iştirak etmişdir. Bu iməcilikdə əlavə olaraq 200-ə qədər müxtəlif növ ağac, 200-ə qədər isə bəzək kolları əkilmişdir.
Ağacəkmə aksiyasında ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər də iştirak etmişlər. Şirkətin prezidenti R.Abdullayev ərazidə xatirə ağacı əkmişdir.
QSC-nin baş direktoru Soltan Əliyev ARDNŞ-nin prezidentinə və KİV-nə bu sahənin perspektiv planları barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, gələcəkdə bu sahədə alternativ enerji ilə işləyən lampaların istehsal olunması və dibçək güllərinin yetişdirilməsi işləri həyata keçiriləcəkdir. Eyni zamanda ərazidə nümunəvi yaşıllıq zolaqları salınacaqdır.
Bütün bunlarla əlaqədar olaraq Şirkətin Prezidenti Rövnəq Abdullayev fikirlərini bildirmiş, keçirilən ağacəkmə aksiyalarını təqdirəlayiq hesab edərək əlavə tapşırıqlarını vermişdir.

Bununla da QSC-nin növbəti ağacəkmə asiyası başa çatmışdır.


tarix : 26.12.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.