ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin "Özbəkneftqaz" Milli Holdinq Şirkəti ilə əlaqələri genişlənir
Son bir ildə ARDNŞ ilə "Özbəkneftqaz" Milli Holdinq Şirkəti arasında əlaqələrin genişləndirilməsi , xüsusilə neftlə çirklənmiş torpaqların təmizlənməsi, axıntı sularının və neftşlamın utilizasiya edilməsi məqsədilə nanotexnalogiyaların tətbiq edilməsi və bu sahədə birgə əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Bununla əlaqədar olaraq hər iki şirkətin, eləcə də bu sahədə ixtisaslaşdırılmış "Ekol Mühəndislik Xidmətləri" QSC-nin rəhbər işçilərinin və mütəxəssislərinin qarşılıqlı səfərləri olmuş və əməkdaşlıq sahəsində ilkin razılıqlar əldə edilmişdir.
İlkin olaraq sorbentin Bakı şəhərində istehsalı ilə əlaqədar QSC ilə Özbəkistanın "Ekonordragmet" Birgə Müəssisəsi arasında Alyans yaradılması barədə kontrakt imzalanmış və artıq bu işlərin birinci mərhələsinə başlanılmışdır.
Əldə olunmuş razılığa əsasən hər iki Şirkətinin işçi qrupları yaradılmış, bu işçi qrupları "Özbəkneftqaz" Milli Holdinq Şirkətinin tabeliyində olan NQÇİ-nin mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi, axıntı sularının və neftşlamın utilizasiya olunması üçün yeni qurğuların və texnologiyaların seçilib tətbiq edilməsi məqsədilə hazırda öz tədqiqatlarını davam etdirirlər.
Dekabr ayında işçi qruplarının fəaliyyəti çərçivəsində (ARDNŞ) "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Texniki direktoru Məzahir Hüseynov, Konstruktor və yeni texnologiyaların tətbiqi şöbəsinin rəisi Məlahət Useynova Özbəkistanda xidməti ezamiyyətdə olmuşlar. Ezamiyyət müddətində bir sıra işgüzar görüşlər keçirilmişdir.
Birgə işçi qrupunun mütəxəssisləri tərəfindən "Mubarəkneftqaz" NQÇİ-nin mədən ərazisində monitorinq işləri aparılmış, yeni qurğular və texnologiyalar tətbiq etməklə "Ekol Mühəndislik Xidmətləri" QSC tərəfindən ərazidə neftlə çirklənmiş torpaqların təmizlənməsi, axıntı sularının və neftşlamın utilizasiya olunması imkanlarına baxılmışdır.

Sonda bu layihənin həyata keçirilməsi məqsədilə "ÖzLİTİneftqaz" institutu tərəfindən layihə-smeta sənədlərinin və işçi qruplarının birgə təkliflər paketinin hazırlanıb təqdim olunması qərara alınmışdır.

tarix : 28.12.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.