ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC 2009-cu ili uğurla başa vurmuşdur

tarix : 07.01.2010

Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli 1607 saylı sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Ekoloji Vəziyyətin Yaxşılaşdırılmasına Dair" 2006-2010-cu illər üçün "Kompleks Tədbirlər Planı" nda və Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli 80 saylı fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009- 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" nda nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq "Ekol Mühəndislik Xidmətləri" QSC 2009-cu ildə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmişdir.

Ötən il ərzində QSC öz intellektual işçi, müasir texnologiya və texnika potensialından istifadə etməklə, NQÇİ-də və digər sənaye müəssisələrində ekoloji monitorinq işlərinin aparılması, mədən axıntı sularının, döşəməaltı-lyal, neftli-yağlı axıntı sularının, sənaye müəssisələrində formalaşan axıntı çirkab sularının təmizlənməsi, neft və qazçıxarma zamanı formalaşan ərsin parafininin təmizlənməsi, eləcə də neft-qaz çıxarılması və emalı müəssisələrində formalaşan neftşlamın emal edilməsi, qazma zamanı formalaşan karbohidrogen əsaslı şlamın zərərsizləşdirilməsi, neft və digər tullantılarla çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası və landşaftın bərpası kimi bir sıra ekoloji layihələri yüksək səviyyədə həyata keçirmişdir.
2009-cu ildə QSC-nin tullantıların emalı departamenti Heydər Əliyev adına BNEZ-dan daxil olan 10 milyon 025 min m3, "Azərneftyağ" NEZ-dan isə daxil olan 9 milyon 694 m3 sənaye çirkab sularını təmizləmiş, 9 min ton neftşlam emal edərək zərərsizləşdirmişdir. "BP Eksploreyşn (Kaspian Si) LTD" şirkətindən qəbul olunmuş 293 ton ərsin parafini təmizləmə prosesindən keçirilmişdir.
İl ərzində QSC-nin Torpaqların rekultivasiyası departamenti tərəfindən Salyan OYL Limited LTD şirkətinin "Qarabağlı" və "Kürsəngi" yataqlarının kontrakt mədən ərazilərində formalaşan və ayrı-ayrı sahələrdə anbarlaşdırılan karbohidrogen əsaslı 39 810 m3 qazma şlamı, anbarlardan tam çıxarılaraq bioremediasiya sahəsinə daşınmışdır. Qazma şlamından təmizlənmiş anbarların doldurulması və landşaftın bərpası üçün 70 010 m3 torpaq anbarlara daşınmışdır. Neftlə çirklənmiş 14 545 m3 su isə Salyan OYL Limited LTD-nin neftyığma məntəqələrinə daşınaraq təhvil verilmişdir. Qazma şlamından təmizlənmiş anbarların doldurulması, ərazinin landşaftının ilkin vəziyyətinin bərpası və qazma şlamının bioremediasiya işləri yerinə yetirilmişdir.
QSC-nin istismarındakı təmizləyici qurğulara daxil olan çirkli sənaye axıntı suların təmizlənməsinin effektivliyinin artırılması üçün qrafikə uyğun olaraq neft tutucuların, qumtutucuların və çökdürücü hovuzların neftşlamdan təmizlənməsi işləri görülmüş, fəaliyyətdə olan avadanlıqlar, boru kəmərləri və qurğular cari və əsaslı təmir olunmuşdur.
Hesabat ilində idarə və müəssisələr üçün ekoloji pasport, atmosferə atılan yol verilən tullantı həddi, yol verilən axıntı həddi, ətraf mühitə təsirin qiymətləndirilməsi, 31 ekoloji monitorinqin layihəsi, su təsərrüfatı pasportu və s. ekoloji normativ-texniki sənədlər yüksək səviyyədə işlənərək "Sifarişçi"yə təqdim edilmişdir.
Ötən il xarici iqtisadi əlaqələrinin genişləndirilməsi və əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində də xeyli uğurlar əldə olunmuş, QSC mühəndislik və ətraf mühitin mühafizəsi sahəsində göstərdiyi xidmətlərə görə CONSULTİNG & BUSİNESS jurnalı tərəfindən ilin mükafatına layiq görülmüşdür.

2009-cu ildə yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsinə də xüsusi diqqət yetirilmiş, QSC-nin istehsalat sahələrində 2 150 ədəd qədər ağac və gül kolları əkilmiş onlara aqrotexniki xidmət göstərilmiş, 2010-cu il "Ekologiya İli"nə ciddi hazırlıq işlərinə start verilmişdir.

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.