ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Neftşlamın xarakteristikalarının tədqiq edilməsi onun emal texnologiyalarını şərtləndirən əsas amillərdəndir
Neftşlam neftin hasilatı, saxlanılması, daşınması, və emalı prosesində formalaşır. Neft emalı müəssisələrinin istehsalat fəaliyyəti nəticəsində müəyyən miqdarda neftşlam toplanır ki, bu da ekoloji vəziyyəti gərginləşdirir.

Neftşlam anbarları əhalinin yaşayış yerlərindən kənarda olsa da ətraf mühitə mənfi təsir göstərir. Bu baxımdan neftşlamın zərərsizləşdirilməsi və onun tərkibində olan komponentlərin təkrar xammal kimi istifadəsi (neft məhsulları) aktualdır.
Faza tərkibinə görə neftşlam üç hissədən: neft məhsulları, su və mexaniki qarışıqlardan ibarətdir. Neftşlamın tərkib komponentlərinin nisbəti xam neftin növündən, neft emalı prosesindən, axıntı sularının təmizlənməsi üçün istifadə olunan reagentlərdən asılı olaraq dəyişir.
Açıq anbarlarda uzun müddət saxlanılan neftşlamlar keyfiyyət etibarilə dəyişir. Zaman keçdikcə yüngül fraksiyaların buxarlanması, neft məhsullarının oksidləşməsi və qətranlaşması nəticəsində neftşlam daha çətin emal olunan kütləyə çevrilir. Hal-hazırda neftşlamın bir sıra utilizasiya texnologiyaları mövcuddur.
"Ekol Mühəndislik Xidmətləri" QSC–də neftşlamın zərərsizləşdirilməsi 2 fazalı ("Alfa laval") dekantor qurğusunda aparılır. Qurğuda emal olunan neftşlam bərk və maye fazalarına ayrılır.
QSC-nin Ekoloji Monitorinq Departamentinin Kompleks Tədqiqatlar laboratoriyası tərəfindən mütəmadi olaraq ("Alfa laval") dekantor qurğusunun girişindən və çıxışdan nümunələr götürülərək, tədqiqatlar aparılır. Nəticədə qurğunun effektivliyi, neftşlamın bərk və maye fazalarının nümunələrində neft məhsullarının, mexaniki qarışıqların və suyun miqdarı müəyyən edilir. Maye fazadan tutulmuş neft məhsulları təkrar emala göndərilir.

Bununla yanaşı neftşlamin zərərsizləşdirilməsinin digər üsulları da araşdırılır, bioloji və kimyəvi maddələrin təsiri ilə neft məhsullarının daha effektiv ayrılması istiqamətində laborator sınaq təcrübələri davam etdirilir.

tarix : 08.01.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.