ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

2010 -cu il ekoloji layihələrin reallaşdırılması ili olacaqdır

tarix : 19.01.2010

Azərbaycanı yaşıllıqlar diyarına çevirmək, xüsusilə Bakıda və Abşeron yarımadasında ekoloji tarazlığı bərpa etmək, neftlə çirklənmiş ərazilərdə ətraf mühitin təhlükəsizliyini təmin etmək, insanların təmiz suya və təmiz havaya olan ehtiyaclarını ödəmək məqsədi ilə dövlət başçısının göstərişi ilə bir sıra ardıcıl tədbirlər həyata keçirilir.

Təsadüfi deyildir ki, ətraf mühitin mühafizəsinə xüsusi önəm verən Prezident İlham Əliyev 2010 -cu ili "Ekologiya İli" elan etmişdir.
Bununla əlaqədar olaraq, 2010 -cu ildə ARDNŞ və müvafiq olaraq "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyətinin prioritet istiqamətləri ekoloji layihələrin reallaşdırılmasından və ölkənin ekoloji stabilliyinə dəstək olmaqdan ibarətdir. Artıq neftlə çirklənmiş ərazilərin təmizlənməsi və yaşıllaşdırılması üzrə proqram çərçivəsində bir sıra layihələrin icrasına başlanılmışdır.
Respublikamızın hər yerində, eləcə də, Abşeron yarımadasında yeni infrastrukturların yaradılması və urbanizasiya prosesinin sürətlə inkişaf etməsi paralel olaraq ekoloji problemlərin də həll olunması zərurətini yaratmışdır. Bu məqsədlə ekoloji vəziyyətin yaxşılaşdırılmasına müsbət təsir edən məsələlərin həlli ölkə başçısı tərəfindən bir vəzifə olaraq qarşıya qoyulmuşdur.
Bakı kəndlərinin sosial inkişaf proqramına uyğun olaraq son zamanlar Suraxanı rayonunda da infrastruktur xeyli dərəcədə inkişaf etmiş, yeni müəssisələr istifadəyə verilmişdir.
Ötən ilin son ayında Hövsan aerasiya stansiyasının əsaslı yenidənqurmadan sonra açılışı olmuş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Bu stansiya yenidən qurulan nəhəng infrastruktur layihələrindən biridir. Stansiyanın yenidən qurulması ilə çirkab suların mexaniki, bioloji və kimyəvi zərərsizləşdirilməsi, süni göllərin ekoloji durumunun yaxşılaşdırılması prosesləri tam həyata keçiriləcək, Abşeron yarımadasındakı çirkab suların, həmçinin sahil boyu dənizə zərərli axıntıların qarşısı alınacaqdır.
Bu infrastrukturlar fonunda "Ekol Mühəndislik Xidmətləri" QSC də Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu ünvanda yerləşən, yeni istismara götürdüyü qeyri yaşayış sahəsində əsaslı təmir və yenidənqurma işlərinə başlamış, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması tədbirlərini həyata keçirməkdədir.

QSC gələcəkdə bu sahədə alternativ enerjinin tədqiqi və tətbiqi, xüsusi dibçək güllərinin yetişdirilməsi ilə məşğul olan yeni struktur vahidinin yaradılmasını nəzərdə tutur ki, bununla da bir çox sahələrdə ekoloji layihələrin reallaşdırılmasına zəmin yaranacaqdır.

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.