ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də yeni layihələrin icrası ilə əlaqədar istehsalat müşavirəsi keçirilmişdir

tarix : 29.01.2010

Azərbaycan Respublikası Prezidentinin 2010-cu ili "Ekologiya İli" elan etməsi, cari ildə ekoloji layihələrin icrası sahəsində ARDNŞ-nin də qarşısında mühüm vəzifələr qoymuşdur. Şirkətin həyata keçirəcəyi ekoloji layihələrin istiqamətləri müxtəlif olmaqla, əsasən atmosferə və ətraf mühitə atılan tullantıların azaldılması, neftlə çirklənmiş torpaqların bioloji təmizlənməsi, yaşıllaşdırma tədbirləri, dənizdəki köhnə platformaların, həmçinin mədən ərazilərindəki köhnə daş-beton özüllərin sökülməsi və s. kimi işlərdən ibarətdir.


ARDNŞ-nin potensial podratçısı olan "Ekol mühəndislik Xidmətləri" QSC-də "Azneft" İB ilə birgə cari ildə Z.Tağıyev adına NQÇİ- nin (9 ha), "Siyəzənneft" NQÇİ-nin (15 ha), "Abşeronneft" NQÇİ-nin (44 ha) mədən ərazilərində və "Muradxanlı" yatağında (5 ha) qazma şlamının və neftşlamın bioremediasiyası layihələrini həyata keçirəcəkdir.
layihələrin icrası ilə əlaqədar yanvarın 27-də QSC-nin baş ofisində istehsalat müşavirəsi keçirilmişdir. Müşavirədə QSC-nin rəhbərliyi, departament, şöbə, sex və sahə rəisləri iştirak etmişlər.
Baş direktor Soltan Əliyev 2010-cu ilin QSC üçün böyük məsuliyyət və sınaq ili olduğunu qeyd edərək, layihələrin icrası ilə əlaqədar qarşıda duran vəzifələri və hər bir struktur bölməsinin üzərinə düşən öhdəlikləri müşavirə iştirakçılarının nəzərinə çatdırdı. Baş direktor bildirdi ki, bizə etimad göstərilərək həvalə edilən bu işlərin layiqincə yerinə yetirilməsi üçün hamılıqla səfərbər edilməli və bütün daxili imkanlardan istifadə olunmalıdır.
Müşavirədə texniki məsələlər və perspektiv planlar müzakirə edildi, layihələr üzrə struktur bölmələri arasında vəzifə bölgüsü aparıldı və layihə rəhbərləri təyin olundu. "Azneft" İB ilə birgə fəaliyyət proqramının hazırlanması, layihələrin icrasının istiqamətlərinin və mərhələlərinin müəyyən edilməsi barədə konkret tapşırıqlar verildi.
Müşavirədə çıxış edən struktur bölmələrinin rəhbərləri, mütəxəssislər, layihə rəhbərləri artıq Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində boremediasiya işlərinə başlanıldığını, digər layihələrin icrasına isə fevral ayından başlanılacağını qeyd edərək, qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkanların və əlverişli şəraitin olduğunu vurğuladılar.

Sonda qonaqlara "Ekol Mühəndislik Xidmətləri" QSC-nin " Bibiheybətneft" NQÇİ-nin mədən ərazisində apardığı işlərin prezentasiyası təqdim olundu. Yaponiyalı qonaqlar səmimi qonaqpərvərliyə və prezentasiyadan əldə etdikləri qiymətli materiallara görə QSC rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.