Bir həftə davam edəcək təlim-məşq toplantısında komanda heyətinin fiziki hazırlığının və texniki imkanlarının artırılması məqsədilə intensiv məşqlər keçiriləcək, komandanın qələbə ruhunun yüksəldilməsi, oyunların taktiki gedişlərinin və kombinasiyaların müəyyən edilməsi istiqamətində işlər aparılacaqdır.
Xatırladaq ki, Azərbaycan kuboku çempionatının növbəti oyunlarına fevralın ikinci ongünlüyündə yenidən start veriləcək və komandamız bu çempionatda qalib olmaq əzmi ilə mübarizəsini davam etdirəcəkdir.