ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC və “AA Servicess” şirkətinin təsisçiliyi ilə “AAS – EKOL” MMC yaradıldi .
Hazırkı şəraitdə ekoloji problemlərin həll olunmasının aktuallığı və bununla əlaqədar ölkə başçısının qəbul etdiyi qərarlar, digər sahələrdə olduğu kimi neft sənayesi müəssisələrinin də ətraf mühitin mühafizəsi istiqamətində fəaliyyət proqramına çevrilmiş və geniş miqyaslı tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində imzaladığı müvafiq sərəncamları ilə İcra orqanlarının, o cümlədən, ARDNŞ-nin qarşısına qoyulmuş mühüm vəzifələr tədbirlər planı çərçivəsində sürətlə və uğurla icra olunur.

Respublikamızda fəaliyyət göstərən xarici şirkətlərdə də sənayenin inkişafı ilə yanaşı, təmiz istehsalat və ətraf mühitin mühafizəsi bu şirkətlərin fəaliyyətlərinin əsas istiqamətlərindədir.

Bununla əlaqədar olaraq “BP Exploreyşn (Kaspian Si)” LTD-də tullantıların idarə olunması və ətraf mühitin mühafizəsi sahəsində xüsusi təcrübəsi və güclü maddi texniki bazası olan şirkətlərlə əməkdaşlıq münasibətləri yaradılmasına xüsusi əhəmiyyət verir.

Neft sənayesi sahələrində tullantıların idarə olunması və önəmli ekoloji layihələrin həyata keçirilməsi sahəsində özünü təsdiq edən, ARDNŞ-nin təsisçiliyi ilə yaradılmış (51%) “Ekol Mühəndislik Xidmətləri” QSC BP şirkətinin tələblərinə cavab verən bir şirkət kimi qəbul olunmuş və 2007-ci ildən başlayaraq “ərsin parafinin təmizlənməsi” layihəsi üzrə iki şirkət arasında əməkdaşlıq münasibətləri yaranmışdır.

Ötən il “BP Exploreyşn (Kaspian Si)” LTD-nin “Tullantıların idarə olunması xidmətlərinin göstərilməsi” layihəsi üzrə keçirdiyi tenderdə “Ekol Mühəndislik Xidmətləri” QSC də respublikamızda fəaliyyət göstərən Hollandiyanın “AA Servicess” şirkəti ilə birlikdə iştirak etmiş və bu tenderin qalibi olmuşlar.

Razılığa əsasən bu layihənin həyata keçirilməsi üçün bu şirkətlərin təsisçiliyi ilə Birgə Müəssisənin yaradılması qərara alınmışdır. Artıq “AAS - EKOL” MMC təsis edilmiş və 01.02.2010-cu ildən dövlət qeydiyyatından keçmişdir.

Birgə Müəssisəni yaradılmasında məqsəd hər iki şirkətin maddi texniki imkanlarından istifadə etməklə, həm “BP Exploreyşn (Kaspian Si)” LTD- də, həm də, respublikamızda fəaliyyət göstərən digər xarici şirkətlərdə tullantıların (ərsin parafini, neftşlam, qazma şlamı, lay suları, neftli-çirkli sular, çirklənmiş torpaqlar, bərk tullantılar və s.) idarə olunması ilə yanaşı daşınmalar, təchizat və digər mühəndislik xidmətlərinin göstərilməsidir.



                                  

tarix : 05.02.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.