ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC “Ekologiya İli” çərçivəsində mühüm layihələrin icraçısıdır
Bir əsrdən artıq bir dövrdə ekoloji normativ tələblər nəzərə alınmadan, primitiv üsullarla neftin istehsalı neft sənayesini əhatə edən rayonlarda , xüsusilə Abşeron yarımadasında çoxsaylı ekoloji problemlər miras qoymuşdur.

Azərbaycan Respublikası öz müstəqilliyinə qovuşduqdan sonra ekoloji problemlərin həlli məsələlərinə diqqət xeyli dərəcədə artırılmış, ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu ənənə, bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və respublikamızın ekoloji durumunun yaxşılaşdırılmasına xüsusi önəm verilir. Prezident İlham Əliyevin müvafiq tövsiyə və tapşırıqlarına uyğun olaraq indi nəinki Abşeron yarımadasında, eyni zamanda Azərbaycanın hər bir rayonunda ekoloji vəziyyətin yaxşılaşdırılması və yaşıllıqların salınması işlərinin geniş vüsət aldığını görürük.

ARDNŞ də respublikamızda neft sənayesinin inkişafı ilə yanaşı fəaliyyətinin bir istiqamətini ötən əsrdən miras qalmış ekoloji problemlərin həllinə və çirklənmiş ərazilərin bərpasına yönəltmişdir. Ötən dövr ərzində ARDNŞ öz sərəncamında olan ərazilərdə süni göllərin, neftlə çirklənmiş torpaqların , lay suları altında qalmış və istehsalat tullantıları ilə çirklənmiş sahələrin ekoloji vəziyyətinin yaxşılaşdırılması, eləcə də, yaşıllıqların salınması istiqamətində böyük sürətlə geniş layihələr həyata keçirmiş, hazırda da bu işlər yüksək templə davam etdirilir.

Ekoloji yönümlü layihələrin həyata keçirilməsində ARDNŞ-nin potensial podratçısı olan, Şirkətin təsisçiliyi ilə yaradılmış (51%) “Ekol Mühəndislik Xidmətləri” QSC də 2006-cı ildən başlayaraq ekoloji layihələrin icra olunmasında öz layiqli töhfələrini vermişdir.

2010-cu ildə də“Ekologiya İli” çərçivəsində ARDNŞ-nin həyata keçirəcəyi bir çox ekoloji layihələrin icrası “Ekol Mühəndislik Xidmətləri” QSC-nə həvalə edilmişdir. Bunlara Z.Tağıyev adına NQÇİ-nin (Qala qəsəbəsi) və “Siyəzənneft” NQÇİ-nin mədən ərazilərində bioremediasiya işlərinin aparılması, Sabunçu rayonunun ərazisində olimpiya stadionunun tikintisi üçün ayrılmış sahənin çirkab sulardan və neft tullantılarından təmizlənməsi, rekultivasiyası və s. bu kimi mühüm layihələr aiddir.

Artıq ARDNŞ-nin “Azneft” İB və Sosial İnkişaf İdarəsi ilə müqavilələr imzalanmış, cari ilin yanvar ayından layihə-smeta sənədləri əsasında layihələrin icrasına başlanılmışdır.

QSC layihələrin vaxtında və yüksək keyfiyyətlə icra olunması üçün mövcud güclü maddi-texniki bazasından və texniki imkanlarından istifadə etməklə yanaşı, əlavə olaraq daha müasir və güclü texnikaların, qurğuların alınması istiqamətində məqsədyönlü tədbirlər görür.

tarix : 10.02.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.