ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekologiya İli” ilə əlaqədar ARDNŞ-nin prezentasiyası keçirilmişdir

         Xəzər İnteqrasiya İşgüzar Klubunun (XİİK) təşkilatçılığı ilə fevralın 11-də Avropa otelində “Ekologiya İli” ilə əlaqədar ARDNŞ-nin prezentasiyası keçirilmişdir. Tədbirdə Dövlət Neft Şirkəti rəhbərliyinin, hökumət və qeyri hökumət təşkilatlarının, eləcə də, KİV-nin nümayəndələri iştirak etmişlər. Bu tədbirdə “Ekol Mühəndislik Xidmətləri” QSC-ni baş direktorun köməkçisi Kamil Akimov və İctimai Sosial Şöbənin rəisi Fəxrəddin Quliyev təmsil etmişlər.

          ARDNŞ-nin ekologiya üzrə vitse - prezidenti Muxtar Babayev neft sənayesinin tarixi, yaranmış ekoloji problemlər, bu problemlərin aradan qaldırılması üçün Şirkətin həyata keçirdiyi tədbirlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat verdi. O, ARDNŞ-nin ekoloji siyasətinin müəyyən edildiyini, buna uyğun olaraq müvafiq konsepsiyanın və tədbirlər planının işlənib hazırlandığını iştirakçıların nəzərinə çatdırdır.
         M.Babayev qeyd etdi ki, 150 ildən artıq bir dövrdə respublikamızda neftin primitiv üsullarla hasil edilməsi, ekoloji tələblərə əhəmiyyət verilməməsi çoxsaylı ekoloji problemlər yaratmışdır. Bu problemlərin həlli isə ARDNŞ-nin fəaliyyətinin əsas istiqamətlərindəndir. Son illərdə Şirkət bu sahədə iri miqyaslı layihələr həyata keçirmişdir. 2007-2008-ci illərdə 200 hektar, 2009-cu iıldə isə 35 hektar çirklənmiş torpaq sahələri təmizlənərək yararlı hala salınmış, yaşıllaşdırma tədbirləri görülmüşdür. 2010-cu ildə isə 120 hektara qədər ərazidə torpaqların təmizlənməsi, 150 min ağac və bəzək kollarının əkilməsi nəzərdə tutulmuşdur.
        ARDNŞ-nin vitse-prezidenti M.Babayev “Ekologiya İli” ilə əlaqədar 2010-cu ildə mühüm layihələrin, xüsusilə ekoloji maarifləndirmə sahəsində məqsədli tədbirlərin görüləcəyini diqqətə çatdırdı. O, bildirdi ki, “Ekoloji park”ın yaradılması, Z,Tağıyev adına NQÇİ-nin, “Siyəzənneft” NQÇİ-nin “Abşeronneft” NQÇİ-nin mədən ərazilərində torpaqların təmizlənməsi, Böyük-Şor ərazisində torpaqların təmizlənməsi və ən müasir tipli Olimpiya stadionunun tikilməsi cari ildə həyata keçiriləcək layihələrdən ən əhəmiyyətlisidir.
        M.Babayev ARDNŞ-nin ekoloji layihələrinin həyata keçirilməsində Şirkətin təsisçiliyi ilə yaradılmış “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rolunu xüsusilə vurğulayaraq, “Ekologiya İli”ndə də mühüm layihələrin icrasının QSC-nə həvalə olunduğunu qeyd etdi.
        Tədbirdə ARDNŞ-nin ekoloji layihələrini və əhalinin maarifləndirilməsi sahəsində görülən tədbirləri əks etdirən video materiallar və video çarxlar nümayiş etdirildi. Sonda M.Babayev tədbir iştirakçılarının suallarını cavablandırdı.
        Tədbirdə bir çox klub üzvlərinə Xəzər İnteqrasiya İşgüzar Klubunun üzvlük sertifikatları təqdim olundu. “Ekol Mühəndislik Xidmətləri” QSC-nin üzvlük sertifikatını baş direktorun köməkçisi Kamil Akimova təqdim edən M.Babayev bununla əlaqədar, QSC rəhbərliyini və onun kollektivini təbrik etdi və gələcək fəaliyyətlərində onlara uğurlar arzuladı.
        Bununla da Xəzər İnteqrasiya İşgüzar Klubunun təşkilatçılığı ilə keçirilən “Ekologiya İli” ilə əlaqədar ARDNŞ-nin prezentasiyası başa çatdı.
 
 
 
 
 
 
 

tarix : 12.02.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.