ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Hər bir sənaye müəssisəsi üçün ekoloji normativ-texniki sənədlərin olması zəruri tələbatdır

 “Ətraf mühitin mühafizəsi haqqında” və “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan  Respubli­kasının qanunları və bu qanunların tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanlarından irəli gələn tələblərə əsasən hər bir sənaye müəssisəsi üçün ekoloji normativ sənədlərin olması vacibdir və bu sənədlərin işlənib hazırlanması aşağıdakı istiqamətlərdə aparılır:

  • Ekoloji Pasport
  • Atmosferə zərərli maddələrin Yol Verilən Atqı Həddi
  • Atmosferə zərərli maddələrin atqı mənbələrinin inventarlaşdırılması
  • Yol Verilən Axıntı Həddi
  • Su Təsərrüfatı Pasportu
         Ekoloji pasport - müəssisənin təbii ehtiyatlardan istifadə səviyyəsini və ətraf mühitə təsir dərəcəsini əks etdirən göstəricilər sistemi ilə ifadə edilmiş məlumatlar kompleksinin daxil olduğu ekoloji normativ sənəddir. 
          Ekoloji pasportun işlənib hazırlanmasında məqsəd ətraf təbii mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli is­tifadə, müəssisənin təsərrüfat fəaliyyəti zamanı ətraf mühitin mühafizəsini təmin edən norma və qaydaların tətbiqi, onlara nəzarətin həyata keçirilməsi, zəruri hallarda operativ qərarların qəbul edilməsi və ətraf mühitin mühafizəsi sahəsindəki fəaliyyətin idarə edilməsi işinin yaxşılaşdırılması üçün ekoloji normativ bazanın yaradılmasıdır.
          Atmosferə Zərərli Maddələrin Yol Verilən Atqı Həddi - ətraf mühiti çirkləndirən mənbələrdən ayrılan maddələrin qatılığının atmosferdə havanın əhali, heyvan və bitkilər aləmi üçün keyfiyyət normativlərindən artıq olmaması şərtlərini müəyyənləşdirən ekoloji normativ sənəddir.
          Yol Verilən Atqı Həddi Normativləri Layihəsinin işlənib hazırlanması zamanı “РОСА 3.2” ekoloji proqram kompleksindən istifadə edilməklə atmosferdə zərərli maddələrin qatılıqları müəyyənləşdirilir, zərərli maddələrin yayılma xəritələri qurulur. Atmosferə Zərərli Maddələrin Yol Verilən Atqı Həddi:
             - atmosferə zərərli maddələrin atqılarının azaldılması üçün tədbirlər planının hazırlanması;
             -  atmosferə zərərli maddə atqılarına görə ödəmələrin hesablanması;
           - atmosfer havasının mühafizəsi məqsədilə 2-TG (hava) forması üzrə illik rəsmi statistika  hesabatlarının hazırlanması üçün vacib sənəddir.
       Zərərli maddələrin atmosferə Yol Verilən Atqı Həddi olmadan fəaliyyət göstərən müəssisələr üçün ətraf mühitə qəza atqılarına görə ödəmələr və cərimələr nəzarətedici orqanlar tərəfindən mövcud qanunvericiliyə görə 5-10 dəfə artırıla bilər.
        Atmosferə atılan zərərli maddələrin mənbələrinin inventarlaşdırılması – zərərli maddələri atan və atmosferə zərərli təsir göstərən mənbələrin ərazidə paylanması, tullantıların tərkibi və miqdarı haqqında məlumatların təhlili və sistemləşdirilməsidir. Tabeçiliyindən və məsuliyyətindən asılı olmayaraq atmos­ferə zərərli maddə atan bütün təsərrüfat obyektlərində inventarlaşdırma aparılması zəruridir. Atmosferə zərərli maddələrin atqı mənbələrinin inventarlaşdırılması aparılmadan, Azərbaycan Respublikası Eko­logiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ilə razılaşdırılmış sənəd olmadan fəaliyyətə lisenziya verilmir.
      Müəssisənin Su təsərrüfatı pasportunun işlənib hazırlanması Bakı şəhərində yerləşən müəssisələrin mərhələlərlə pasportlaşdırılması qaydalarına uyğun olaraq Bakı şəhər icra hakimiyyətinin 10.02.93-cü il 219 saylı sərəncamına əsasən həyata keçirilir.
       Müəssisələrin su təsərrüfatının pasportlaşdırılması şəhər kommunal təsər­rü­fatında su uçotu işinin yaxşılaşdırılması, sudan istifadəyə görə müəssisələrarası qarşılıqlı hesablaşmaların asanlaşdırılması və dəqiqləşdirilməsi məqsədi ilə aparılır. “Azərsu” SC Bakı Kanalizasiya Xidməti İdarəsi ilə razılaşdı­rı­lmış “Su təsərrüfatı pasportu” olmayan müəssisələrin sudan istifadə və istifadədən sonra formalaşan suların şəhər kanalizasiya sisteminə axdılması qeyri-qanunidir.
          Zərərli maddələrin su obyektlərinə Yol Verilən Axıntı Həddi suyun keyfiyyət normalarının təmin edilməsi məqsədilə müəyyən edilmiş rejimlə vahid zamanda su obyektinə axdılan suda maddələrin maksimal kütləsini tənzimləyən ekoloji normativ sənəddir. Yol Verilən Axıntı Həddi:
           - su obyektlərinə zərərli maddə axıntılarının azaldılması üçün tədbirlər planının hazırlanması;
           - su obyektlərinə zərərli maddə axıntılarına görə ödəmələrin hesablanması;
           - sudan səmərəli istifadə və su obyektlərinin mühafizəsi məqsədilə 2-TG (su təsərrüfatı) forması üzrə illik rəsmi statistika hesabatlarının hazırlanması zamanı tətbiq edilir.
      Yol Verilən Axıntı Həddi olmadan fəaliyyət göstərən müəssisələr üçün ətraf mühitə qəza axıntılarına görə ödəmələr və cərimələr nəzarətedici orqanlar tərəfindən mövcud qanunvericiliyə görə 5-10 dəfə artırıla bilər.
       “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Ekoloji monitorinq departamentinin “Ekoloji normativ-texniki sənədlərlə iş şöbəsi” fəaliyyətə başladığı müddətdən ( 2006-cı il) onlarla sənaye müəssisələrinin, xüsusilə ARDNŞ-nin tabeçiliyində olan təşkilatların yuxarıda qeyd olunan ekoloji normativ-texniki sənədlərini yüksək keyfiyyətlə işləyib hazırlamış və müvafiq orqanlardan qeydiyyatdan keçirərək “Sifarişçi”yə təqdim etmişdir.
        Peşəkar kadr potensialına və güclü texniki imkanlar malik olan Ekoloji normativ-texniki sənədlərlə iş şöbəsi hazırda bir çox müəssisə və təşkilatların normativ-texniki sənədlərinin işlənib hazırlanması istiqamətində fəaliyyətini davam etdirir.
 
 

tarix : 18.02.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.