ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

ARDNŞ-də çirklənmiş torpaqların və suların təmizlənməsi üçün layihələrin təqdimatı keçirilmişdir

        Fevralın 18-də ARDNŞ-nin Baş ofisində neftlə çirklənmiş torpaqların və suların təmizlənməsi üçün Elmlər Akademiyasının elmi-tədqiqat institutlarının, təcrübi-istehsalat konstruktor bürolarının hazırladıqları layihələrin təqdimatı ilə bağlı geniş toplantı keçirilmişdir. Toplantıda ARDNŞ-nin mütəxəssisləri, Ekologiya İdarəsinin, “Azneft” İB-nin, Birgə Müəssisə və Əməliyyat Şirkətlərinin iştirak etmişlər.

        Tədbirdə “Ekol Mühəndislik Xidmətləri” QSC-ni Baş direktor Soltan Əliyev, Ekoloji monitorinq departamentinin (EMD) rəisi Şahabiddin Albuşov, EMD-nin Səyyar monitorinq xidmətinin rəisi Maqsud Babayev təmsil etmişlər.
        Toplantıda “Ekologiya İli” ilə əlaqədar olaraq 2010-cu ildə həyata keçiriləcək layihələr, neftlə çirklənmiş torpaqların və suların təmizlənməsi üçün elmi-tədqiqat institutlarının və konstruktor bürolarının hazırladıqları təmizləyici avadanlıqlar və təmizləmə üsulları, eləcə də, təqdim olunan digər təkliflər geniş müzakirə olunmuşdur.
        ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Muxtar Babayev çıxış edərək bildirmişdir ki, neftlə çirklənmiş torpaqların və suların təmizlənməsi üçün Şirkət hər zaman mükəmməl avadanlıqlardan istifadə etmiş, gələcəkdə də müasir avadanlıqlar və texnologiyalardan istifadə etməyi qarşısına məqsəd qoymuşdur.
         M.Babayev ARDNŞ-nin bütün qurumlarının nümayəndələrinə təqdim olunan layihələrlə yaxından tanış olmalarını və müvafiq təkliflərini təqdim etmələrini tövsiyə etmişdir.
 
 
 
 
 

tarix : 22.02.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.