Fevralın 24–də Azərbaycan kuboku yarışlarında “Ekol” komandası “Sumqayıt” Komandasını 9:2 hesabı ilə məğlub edərək kubokun yarımfinal oyununa vəsiqə almışdır.
Xatırladaq ki, futzal üzrə Azərbaycan kubokuna sahib olmaq üçün yarımfinalda “Araz”, “Neftçi”, “Azmetko” və “Ekol” komandaları qarşılaşacaqlar. Komandaların görüşü püşkatma ilə müəyyən ediləcək və oyunlara may ayında start veriləcəkdir.
tarix : 25.02.2010
|