ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində yaşıllaşdırma tədbirləri davam etdirilir

        Fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən, ekoloji problemlərə həsr olunmuş müşavirədə bir daha ekoloji tarazlığın bərpası, ekoloji tədbirlərin görülməsi, ətraf mühitin qorunması məsələləri vurğulanmış, qarşıda duran vəzifələr müəyyən edilmişdir. Ölkə başçısı ARDNŞ-nin mədən ərazilərində ekoloji vəziyyətin stabilləşdirilməsi və neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində gördüyü işləri təqdir etmiş, Şirkət qarşısında yeni vəzifələr qoymuşdur.

         ARDNŞ “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair “2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində bir çox layihələr həyata keçirmişdir. Bu layihələr sırasında “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində mövcud olan çoxsaylı ekoloji problemlərin aradan qaldırılması, rekultivasiya və reabilitasiya layihələri xüsusi yer tutur. Bu layihələrin həyata keçirilməsində “Ekol Mühəndislik Xidmətləri” QSC-də yaxından iştirak etmişdir.
        “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində yaşıllaşdırma tədbirləri bu gün də davam edir. Prezident İlham Əliyevin Bakıda və Abşeronda 3 milyon ağac əkilməsi təşəbbüsünə qoşularaq ARDNŞ yeni mövsümdə ağacəkmə kampaniyasına start vermişdir. Fevralın 27-də ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin iştirakı ilə “Bibiheybətneft” NQÇİ-nin neftlə çirklənmədən təmizlənmiş ərazisində növbəti iməcilik keçirilmişdir. Aksiyada “Azneft” İstehsalat Birliyinin, Ekologiya İdarəsinin və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivi də fəal iştirak etmişlər. İməcilik zamanı ərazidə 2 mindən artıq müxtəlif növ ağac əkilmişdir.
          ARDNŞ 2010-cu ildə insanların sağlamlığına xidmət edən yaşıllaşdırma tədbirləri çərçivəsində fəaliyyətini davam etdirəcəkdir.
 

 
 

 
 
 
 

tarix : 01.03.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.