Martın 5-də “Ekol Mühəndislik Xidmətləri” QSC- nin ofisində və istehsalat sahələrində 8 mart beynəlxalq qadınlar günü münasibəti ilə tədbir keçirilmişdir. QSC-nin rəhbərliyi bayram münasibəti ilə müəssisədə çalışan qadınları təbrik etmiş, müasir həyatımızda, dövlət quruculuğunda və ölkəmizin iqtisadi inkişafında qadınların rolu xüsusilə qeyd olunmuşdur.
Tədbirdə çıxış edənlər QSC-nin ümumi kollektivinin 25% -ni qədərini təşkil edən qadınların əməyini yüksək qiymətləndirmiş, onlara can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulamışlar.
Sonda QSC-nin rəhbərliyi tərəfindən qadın kollektivinin hər bir üzvünə tər çiçəklər və pul mükafatı təqdim olunmuşdur.
tarix : 09.03.2010
|