ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri “ QSC-nin nümayəndələri Almaniya Federativ Respublikasında işgüzar səfərdə olmuşlar
        Almaniya-Azərbaycan İqtisadi Birliyinin dəvəti ilə fevralın 28-dən martın 07-dək “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktorunun ümumi işlər üzrə müavini Ramil Əliyev, Marketinq və xarici iqtisadi əlaqələr şöbəsinin rəisi Rövşən Fətullayev Almaniya Federativ Respublikasının Bavariya əyalətində işgüzar səfərdə olmuşlar.

        Bu səfər Bavariya Dövlət İqtisadi Əlaqələr, İnfrastruktur, Nəqliyyat və Texnologiyalar Nazirliyinin əyalətin Münhen, Nyurnberq və digər şəhərlərində təşkil etdiyi konfrans-sərgilərdə tikinti, nəqliyyat, yeni texnologiyalar, ekologiya sahəsində əldə olunmuş nailiyyətlərlə, alternativ enerji sahəsindəki qurğu və avadanlıqlarla tanışlıq və analoji şirkətlər arasında əlaqələrin yaradılması məqsədini daşıyırdı.
       Tədbirə QSC nümayəndələri ilə yanaşı Azərbaycandan Almaniya-Azərbaycan İqtisadi Birliyinə üzv olan bir çox tikinti, nəqliyyat və sənaye müəssisələrinin, eləcə də, dünyanın ayrı-ayrı ölkələrinin tanınmış Şirkətlərinin nümayəndələri də qatılmışlar.
        Səfər zamanı QSC-nin nümayəndələri konfrans-sərgilərdə öz fəaliyyət sahələri üçün maraqlı olan yeni texnika və texnologiyalarla, alternativ enerji qurğuları və onların iş prinsipləri ilə yaxından tanış olmuşlar. Baş direktorun ümumi işlər üzrə müavini Ramil Əliyev Almaniya Federativ Respublikasında və digər dövlətlərdə fəaliyyət göstərən PERI, BHS Sontnofen, COLBOND, SCHWING Stetter, BAYERN – İNTERNATİONAL, LANTENHAMMER, WOLF şirkətlərinin rəhbərləri ilə tanışlıq xarakterli və gələcəkdə əməkdaşlıq əlaqələrinin yaradılmasının mümkünlüyü istiqamətində işgüzar görüşlər keçirmişdir.
      İşgüzar şəraitdə keçən bu səfərdə QSC-nin xarici əlaqələrinin və təcrübə mübadiləsinin genişləndirilməsi sahəsində uğurlu nəticələr əldə edilmişdir.
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

tarix : 10.03.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.