ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də yaşıllıqlara xidmət göstərən yeni sahə yaradılmışdır
      “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” nda ARDNŞ-nin fəaliyyət istiqamətlərindən biri də Şirkətin istehsalat sahələrində yaşıllıqların salınmasıdır.

      Respublika Prezidentinin “Sağlam ekoloji mühit, sağlam hava, təmiz su” çağırışını ekoloji layihələrdə konseptual əsas kimi rəhbər tutan Dövlət Neft Şirkəti 2006-cı ildən başlayaraq torpaqların təmizlənməsi və yaşıllıqların salınması layihələrinin icrasına yeni təkan vermişdir.
       Ötən illər ərzində Bibiheybət, Balaxanı, Siyəzən, Kürovdağ, Qaradağlı və digər yataqlarda 300 hektara qədər torpaq sahəsi çirklənmədən təmizlənmiş və yaşıllıqlar salınmışdır. Bibiheybətdə təmizlənmiş ərazidə 80 minə yaxın ağac əkilmişdir. Ümumilikdə ötən üç il ərzində neft mədənlərinin təmizlənmiş ərazilərində 120 mindən çox ağac əkilmiş və onlara mütəmadi olaraq aqrotexniki qulluq göstərilmişdir. Bu işlərin yerinə yetirilməsində “Ekol Mühəndislik Xidmətləri” QSC də yaxından iştirak etmişdir.
       “Ekologiya İli” elan olunmuş 2010-cu ildə isə ARDNŞ tərəfindən mədən ərazilərində 150 min ağac, 16 min gül və bəzək kollarının əkilməsi nəzərdə tutulur. Çirklənmədən təmizlənmiş mədən ərazilərində salınmış yaşıllıqlara mütəmadi aqrotexniki xidmətlərin göstərilməsi isə vacib şərtlərdən biridir.
       Bununla əlaqədar olaraq, fevral ayında “Azneft” İstehsalat Birliyi ilə “Ekol Mühəndislik Xidmətləri” QSC arasında “Azneft” İstehsalat Birliyi “28 may” NQÇİ-nin Çilov adası və “Bibiheybətneft” NQÇİ-nin əkin ərazilərində yaşıllıqlara qulluq edilməsi” barədə müqavilə imzalanmışdır. Bu məqsədlə QSC-nin Torpaqların rekultivasiyası departamentinin nəzdində yaşıllaşdırma üzrə yeni bir sahə yaradılmış, bu sahəyə təcrübəli aqronomlar və bağbanlar cəlb edilmişdir. Yaxın zamanda sahə xüsusi texnika, avadanlıq və gübrələrlə təchiz olunacaqdır.
       Gələcəkdə ARDNŞ-nin “Maye-Qaz” Emalı Zavodunun və bir çox digər müəssisələrinin ərazilərindəki yaşıllıqlara aqrotexniki xidmət göstərilməsi də “Ekol Mühəndislik Xidmətləri” QSC-nə həvalə edilməsi nəzərdə tutulur.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

tarix : 12.03.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.