ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC Bakı Biznes Mərkəzində təşkil olunmuş sərgidə iştirak edir
      Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans-sərgi keçirilmişdir.

       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Dənizkənarı Milli Parkda inşa edilmiş Bakı Biznes Mərkəzinin açılışında və burada təşkil olunmuş konfrans-sərgidə iştirak etmişdir. Ölkə başçısına son illərdə, o cümlədən 2009-cu ildə regionların sosial – iqtisadi inkişafı, ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi istiqamətində əldə edilən nailiyyətləri əks etdirən sərgi barədə məlumat verilmişdir.
      Yüksək səviyyəli beynəlxalq tədbirlərin, o cümlədən biznes-forumların təşkil olunması üçün nəzərdə tutulan, Dənizkənarı Milli Parka əlavə yaraşıq gətirən, müasir üslubda inşa edilmiş Bakı Biznes Mərkəzində təşkil olunmuş sərgidə, respublikamızın müxtəlif regionlarının kənd təsərrüfatı, sənaye, yeni istehsal və xidmət müəssisələrinin, infrastruktur obyektlərinin, eləcə də ekologiya sahələrinin məhsulları, eksponatları və stendləri nümayiş etdirilmişdir.
      2010-cu il “Ekologiya İli” ilə əlaqədar sərginin Ekologiya portalında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Təmiz Şəhər ASC təmsil olunmuşlar.
       ARDNŞ-nin Ekologiya İdarəsinin və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin yüksə səviyyədə tərtib və nümayiş etdirdiyi stendlər, laboratoriya avadanlıqları, nümunələr, elektron məlumat bazası və video çarxlar sərgi iştirakçılarında xüsusi maraq doğurmuşdur. Sərgidə iştirak edən ölkə başçısı İlham Əliyev ekologiya portalı ilə maraqlanmış, ARDNŞ-nin sərgi eksponatlarını və stendlərini diqqətlə nəzərdən keçirmişdir.
        Bakı Biznes Mərkəzində təşkil olunmuş sərgi martın 19-dək davam edəcəkdir.
 
 
 
 
 
 
 
 
 

tarix : 16.03.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.