ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də “Novruz” bayramı təntənəli qeyd olunmuşdur
        Respublikamızın hər yerində yeni həyat gətirən, qəlbləri sevindirən, ətrafı gözəlləşdirən, təbiəti oyadan, bayramların ən seviləni olan Novruz bayramı böyük təntənə ilə qeyd olunur.

       “Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivi də Novruz bayramının təntənəli qeyd olunması  məqsədilə   geniş  ziyafət  təşkil etmişdir.  Ziyafətə  kollektivin  300 nəfərdən artıq nümayəndəsi qatılmışdır.
        Xüsusi Ssenari əsasında bədii-musiqili tərtibatda təşkil olunmuş ziyafəti giriş sözü ilə açan “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru Soltan Əliyev, ziyafət iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik etmiş, insanların sağlamlığına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edən şərəfli əmək fəaliyyətlərində onlara müvəffəqiyyətlər arzulamışdır.
        Maraqlı əyləncəli proqramla keçirilən ziyafətdə QSC-nin rəhbər heyətinin hər biri ayrı-ayrılıqda çıxış edərək kollektivi Novruz bayramı münasibəti ilə təbrik etmişlər.
        Novruzun kosa və keçəl personajlarının  tədbirə  qatılması,  “Ekol”un xüsusi geyimində olan ofisiantların yüksək səviyyəli xidməti ziyafət iştirakçılarında  xoş əhval-ruhiyyə yaratmışdır. Kosa və keçəl iştirakçılarla ənənəvi yumurta döyüşdürmə yarışları keçirmiş və qaliblərə hədiyyələr təqdim olunmuşdur. Ziyafətdə ad günləri Novruz günlərinə təsadüf edən kollektivin bir neçə üzvü təbrik edilmiş  və onlara xüsusi hədiyyələr verilmişdir.
         Milli musiqi və rəqslərlə müşayiət olunan ziyafət 5 saata qədər davam etmişdir.















tarix : 18.03.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.