ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC “Yer Saatı”aksiyasına qoşulmuşdur
      “Yer Saatı” hər il mart ayının axırıncı şənbə günü Dünya Yabanı Təbiət Fondu tərəfindən keçirilən bir tədbirdir. Tədbirin başlanğıcı Avstraliyanın Sidney şəhərinin 2.2 milyon əhalisinin 2007-ci ildə vacib olmayan sahələrdə elektrik enerjisinin kəsilməsi ilə qoyulmuşdur. Bu ildən etibarən tədbirə dünyanın bir çox dövlətləri və beynəlxalq təşkilatları bu aksiyaya dəstək olaraq, 1 saat ərzində bütün işıqları söndürmüşlər. 2009-cu ildə bu tədbirə dünyanın 4000-dən artıq şəhəri və 88 ölkəsi qoşulmuşdur.

       Aksiyanın keçirilməsində məqsəd, enerjiyə qənaət etməyin və planetin ekologiyasını qorumağın vacibliyini göstərməkdən, iqlim dəyişmələri və onun nəticələri ilə əlaqədar dünya əhalisi arasında maarifləndirmə işlərini aparmaqdan, hər bir insanda və hər bir təşkilatda iqlim dəyişmələrinə qarşı oyanıqlıq və məsuliyyət hissini aşılamaqdan ibarətdir.
       Bu il isə “Yer Saatı” tədbiri 27 mart 2010-cu il tarixdə, saat 20:30-dan 21:30-dək keçirilmişdir. Aksiyada dünyanın 80-dən çox ölkəsi, 1.2 milyarddan çox əhalisi iştirak etmiş, yaşayış evlərində və qeyri vacib sənaye obyektlərində elektrik enerjisi bir saat ərzində söndürülmüşdür.
        İldən – ilə qlobal xarakter daşıyan “Yer Saatı” aksiyasına ARDNŞ-nin bir çox idarə və müəssisələri də qatılaraq, martın 27-də saat 20:30-dan 21:30-dək enerjiyə qənaət məqsədi ilə vacib olmayan sahələrdə işıqları bir saat söndürmüşlər.
        “Ekol Mühəndislik Xidmətləri” QSC-də bu tədbirdə fəal iştirak edərək müəyyən edilmiş vaxta işıqları bir saat söndürməklə aksiyanı dəstəkləmişlər.
 

 
 

tarix : 29.03.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.