ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir

        “Ekol Mühəndislik Xidmətləri” QSC-nin qarşısında duran vəzifələrin layiqincə yerinə yetirilməsi, “Sifarişçi” təşkilatlarla olan müqavilə öhdəliklərinə yüksək səviyyədə əməl olunması və  fəaliyyətinin dünya standartları səviyyəsində qurulması məqsədilə, şirkətin maddi-texniki bazasının möhkəmləndirilməsi və inkişaf etdirilməsi daimi diqqət mərkəzində saxlanılır və bu istiqamətdə məqsədli tədbirlər həyata keçirilir.

           Hazırda QSC-nin  istehsalat sahələrində sənaye-çirkab sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi, torpaqların rekultivasiyası və bioremediasiyası işlərində müasir qurğulardan, avadanlıqlardan və xüsusi texnikalardan uğurla istifadə edilir.

      Cari ildə  fəaliyyət sahələrinin genişlənməsi, xüsusilə 2010-cu  “Ekologiya İli” də  yeni layihələrin icrası ilə əlaqədar olaraq, QSC  maddi-texniki potensialını daha da artırmaq məqsədi ilə  1 ədəd draqlayn,  2 ədəd avtobus, 5 ədəd minik maşını və ümumi dəyəri 563 min manata, Almaniya istehsalı olan 3 ədəd   VX – 186-368 QD, VK -186 – 5230 QD və   VK-186-260 QD markalı fırlanan porşenli nasoslar almışdır. Bu nasoslar vasitəsi ilə gölməçələrdə və tutumlarda olan sənaye-çirkab sularının operativ nəqli və təmizləyici qurğulara ötürülməsi prosesləri xeyli dərəcədə asanlaşacaqdır.

      QSC ekoloji layihələrin ən müasir texnika və texnologiyalarla həyata keçirilməsi üçün bundan sonra da  maddi-texniki bazasının gücləndirilməsi istiqamətində  tədbirlərini davam etdirəcəkdir.
 
 
 
 

 

tarix : 01.04.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.