ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC Caspian Energy İntegration Award -2010 mükafatına layiq görülmüşdür
       Öz ətrafında işgüzar qurumları birləşdirən Xəzər-Avropa  İnteqrasiya İşgüzar Klubunun (Caspian İntegration Business Club) təşkilatçılığı ilə aprelin 02-də “Buta Palace” Konsert – Banket Kompleksində “Caspian Energy İntegration Award – 2010” mükafatının təqdimat mərasimi keçirilmişdir.

      Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin, nazirlər Kabinetinin, Nazirliklərin, ARDNŞ-nin  məsul işçiləri, xarici ölkələrin səfirliklərinin  və mötəbər təşkilatların nümayəndələri iştirak etmiş, mükafat alanların şərəfinə ziyafət və konsert proqramı təşkil olunmuşdur.

     Mükafat sahiblərini müəyyənləşdirmək üçün  təkcə Azərbaycanda  deyil, dünyanın bir çox menecerləri arasında sorğu aparılmış, çoxsaylı respondentlərin  rəyinə görə qaliblər müxtəlif nominasiyalarda mükafata layiq görülmüşlər.

   “Ekol Mühəndislik Xidmətləri” QSC isə 2010-cü “Ekologiya İli”ndə həyata keçirdiyi aktual ekoloji layihələrə və Respublikamızın ekoloji vəziyyətinin yaxşılaşdırılmasına verdiyi layiqli töhfələrə görə “İlin Ekologiya Şirkəti” nominasiyası üzrə “Caspian Energy İntegration Award – 2010” mükafatına layiq görülmüşdür.  ARDNŞ-nin “Azneft” İstehsalat Birliyi, Heydər Əliyev adına BNEZ və bir neçə Birgə Müəssisələri də mükafat alanların sırasında olmuşdur.

     Mükafatı ARDNŞ-nın müəssisə və təşkilatlarına təqdim edən Şirkətin vitse - prezidenti Muxtar Babayev  onları mükafat almaları münasibəti ilə təbrik etmiş və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

      Mükafatı alan  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru Soltan Əliyev, onların əməyinə verilən yüksək qiymətə və göstərilən etimada görə təşkilatçılara öz minnətdarlığını bildirmiş və QSC-nin bundan sonra da  respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində uğurlu və səmərəli fəaliyyət göstərəcəyini qeyd etmişdir. Xatırladaq ki, “Ekol Mühəndislik Xidmətləri” QSC 2009-cu ildə də ətraf mühitin  mühafizəsi sahəsində  göstərdiyi xidmətlərə görə “Caspian Energy İntegration Award – 2009” mükafatına layiq görülmüşdür.

    Qeyd edək ki, “Caspian Energy İntegration Award” beynəlxalq mükafatı 2002-ci ildə təsis edilib. 2005-ci ildə mükafatın ilk təqdimetmə mərasimi keçirilib. Bu mükafat Xəzər-Qaradəniz və Baltikyanı region ölkələrinin  siyasi və ictimai xadimlərinə, iş adamlarına təqdim olunur. İndiyədək mükafatın  sahibləri arasında ümummilli lider Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də olub.
 
 
 
 
 

tarix : 05.04.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.