ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC 2010-cu ilin I -ci rübünü layiqli töhfələrlə başa vurmuşdur

        Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin 2010-cu ilin “Ekologiya İli” elan etməsi, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş davamlı iqtisadi inkişaf və tərəqqi strategiyasının məntiqi davamıdır.

       Fevralın 18-də Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin yanında keçirilən, ekoloji problemlərə həsr olunmuş  müşavirədə ölkə başçısının qeyd etdiyi kimi: “Bu gün ekoloji məsələlərin həlli vacib məsələlərdən biridir. Ona görə yox ki, bütün dünyada bu məsələlərə böyük diqqət göstərilir. Ona görə ki, bu gün Azərbaycan qarşısında həllini gözləyən əsas məsələlərdən biri ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır...”

     Ölkə başçısının ekologiya sahəsində verdiyi sərəncamları və proqram xarakterli çıxışları əldə rəhbər tutularaq, bu gün respublikamızın hər yerində müəssisə və təşkilatlar tərəfindən  ekoloji vəziyyətin yaxşılaşdırılması və yaşıllıqların salınması istiqamətində məqsədyönlü işlər yerinə yetirilir.

      Neft sənayesi sahələrinin ətraf mühitə mənfi təsir göstərən əsas amillərdən olmasını nəzərə alaraq, ARDNŞ  2006-2010-cu illər üçün “Kompleks Tədbirlər Planı”nda və “Azərbaycan Respublikası regionlarının  2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş öhdəliklərin və 18 fevral tarixli müşavirədə ölkə başçısının  qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsi məqsədilə  geniş miqyaslı tədbirlər həyata keçirir. “Ekologiya İli” ilə əlaqədar bu tədbirlər daha da genişləndirilmiş və böyük vüsət almışdır.

      ARDNŞ-nin bu mühüm vəzifələrinin yerinə yetirilməsində müvafiq olaraq, “Ekol Mühəndislik Xidmətləri” QSC-də öz intellektual işçi, müasir texnologiya və texniki potensialından istifadə etməklə yaxından iştirak edir. 

      Həmişə olduğu kimi, “Ekol Mühəndislik Xidmətləri” QSC  2010-cu ilin  I-ci rübünü də uğurlu nailiyyətlərlə başa vurmuş, neft sənayesi müəssisələrində ekoloji monitorinq və laboratoriya tədqiqat işlərinin aparılması, mədən, döşəməaltı-lyal, neftli yağlı və axıntı-çirkab sularının təmizlənməsi, neftin hasilatı və emalı müəssisələrində formalaşan neftşlamın emal edilməsi, karbohidrogen əsaslı qazma şlamının zərərsizləşdirilməsi, neft və digər tullantılarla çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası, landşaftın bərpası və yaşıllaşdırma layihələrini uğurla həyata keçirmişdir.

     Bu dövrdə QSC-nin Tullantıların emalı departamenti (TED) tərəfindən, Heydər Əliyev adına BNEZ-dan təmizləyici qurğulara daxil olan  2 milyon 459 min m3, “Azərneftyağ” NEZ-dan daxil olan 2 milyon 064 min m3, (ümumilikdə 4 milyon  523 m3) sənaye çirkab suları neft məhsullarından təmizlənərək emal zavodlarının təkrar istifadəsinə ötürülmüş,  hər iki NEZ üzrə ümumilikdə 5 min 387 ton  neftşlam emal edilərək  zərərsizləşdirilmişdir.  “BP Eksploreyşn (Kaspian Si) LTD” Şirkətindən 68.4 m3 ərsin parafini, “Suraxanı OİL” LTD-dən 29 min 700 m3, lay suyu, “Xəzərdənizneftdonanma” İdarəsindən 2 min 174 m3döşəməaltı lyal su, ATE MMC-dən isə 161 m3 neftli- yağlı su TED-nin istehsalat sahələrinə daşınaraq təmizlənmişdir.

     Hesabat dövründə QSC-nin Torpaqların rekultivasiyası departamenti (TRD) “Azneft” İstehsalat Birliyi ilə birgə “Ekologiya İli” çərçivəsində Z.Tağıyev adına NQÇİ-nin (Qala qəsəbəsi) mədən ərazisində, 10 hektar sahədə biremediasiya işləri apararaq, sahədən 15 min m3 şlam çıxarılmış, əraziyə 15 min m3 ştib, 20 min m3 isə torpaq daşınmışdır. I-ci rübdə “Siyəzənneft” NQÇİ-nin mədən ərazilərində də bioremediasiya işlərinə start verilmişdir. Bu ərazinin Neftayırma məntəqəsi və Gil-gil çay sahələrindən ümumilikdə 3 min 626 m3çirkli su,  4 min 746 m3 şlam çıxarılmış, əraziyə  12 min 733 m3torpaq daşınmışdır. “Böyük-Şor“ və Abşeronneft” NQÇİ-nin mədən ərazilərində isə bioremediasiya layihələrinin icrası üçün  hazırlıq işlərinə başlanılmışdır.

     ARDNŞ-nin istehsalat sahələrində salınmış yaşıllıqlara aqrotexniki xidmət göstərilməsi  “Ekol Mühəndislik Xidmətləri” QSC –nə həvalə edilməsi ilə əlaqədar olaraq, cari ilin müvafiq dövründə TRD-nin nəzdində  “Yaşıllaşdırma sahəsi” yaradılmış və “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində salınmış yaşıllıqlara xidmət göstərilməsinə başlanılmışdır.

     Hesabat dövründə QSC-nin Ekoloji monitorinq departamenti (EMD) də üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmişdir. Rüb ərzində 30-dan çox təşkilata ekoloji monitorinq xidmətləri göstərilmiş, ekoloji texniki - normativ sənədlər işlənib hazırlanmış və “Sifarişçi”lərə təqdim olunmuşdur. Çirkab suların təmizlənməsi  və neftşlamın  zərərsizləşdirilməsi üçün uyğun reagentlərin seçilməsi istiqamətində geniş laboratoriya tədqiqat işləri aparılmışdır.

     Cari ilin I-ci rübündə təmizləmə və emal proseslərinin effektivliyinin artırılması  və iş şəraitinin yaxşılaşdırılması məqsədilə  73 min 805 manat həcmində təmir-tikinti işləri aparılmış, yaşıllaşdırma tədbirlərinə xüsusi diqqət yetirilmiş, istehsalat sahələrində 2 mindən artıq ağac və bəzək kolları əkilmişdir.

    I-ci rüb ərzində QSC öz maddi-texniki bazasının gücləndirilməsi sahəsində də məqsədli tədbirlər həyata keçirmişdir. Belə ki, bu müddətdə 4 ədəd minik avtomaşını, 2 ədəd mikroavtobus, 2 ədəd  28 yerlik avtobus, 1 ədəd QAZ 33023 yük-sərnişin avtomobili, 1 ədəd draqlayn, 3 ədəd  VX-186-368 QD, VK-186-5230 QD  və VK-186-260 QD markalı fırlanan porşenli  yeni nasoslar alınmışdır.

     QSC-nin xarici iqtisadi əlaqələrinin genişləndirilməsi, işgüzar əməkdaşlıq münasibətlərinin qurulması və ekologiya sahəsində göstərdiyi uğurlu fəaliyyəti daimi KİV-nin diqqət mərkəzində olmuş və dövrü olaraq mətbuat səhifələrində işıqlandırılmışdır. Ötən il  ətraf mühitin mühafizəsi sahəsində göstərdiyi xidmətə görə “Caspian Energy Award-2009” mükafatını almış “Ekol Mühəndislik Xidmətləri” QSC , bu il də “İlin Ekologiya Şirkəti” nominasiyası üzrə “Caspian Energy Award -2010” mükafatına layiq görülmüşdür.

      Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 fevral tarixli müşavirədə səsləndirdiyi: “...Mən hesab edirəm ki, ekologiya tədbirlərinin görülməsi ancaq 2010-cu illə məhdudlaşmamalıdır. Biz bundan sonrakı illərdə bu məsələlərə ciddi diqqət göstərməliyik...” fikrini özünün fəaliyyət proqramı kimi qəbul edən, ekoloji vəziyyətin yaxşılaşdırılması və insanların sağlamlığına təsir edən mənfi amillərin aradan qaldırılması missiyasını yerinə yetirən “Ekol Mühəndislik Xidmətləri” QSC bundan sonra da  respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində qabaqcıl və potensial imkanlı bir Şirkət kimi fəaliyyətini davam və inkişaf etdirəcəkdir.
 
 
 

tarix : 08.04.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.