ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Çirklənmiş torpaqlarda rekultivasiya və bioremediasiya işlərinin elmi əsaslarla və aqrotexniki qaydalarla aparılması əsas şərtlərdəndir

          Azərbaycan respublikasında  təbii ehtiyatlarından səmərəli istifadə olunması, faydalı qazıntıların  hasilatı və digər işlər zamanı  strukturu pozulmuş, zibillənmiş və çirklənmiş torpaqların bərpası  daimi dövlətin nəzarətindədir və qanunvericiliklə tənzimlənir.

           Respublikamızın və xüsusən Abşeron arxipelaqının dünyanın ən həssas     regi­onlarından olduğu, Azərbaycanda neftqazçıxarma tarixinin 200 ilə çatdığı, uzun illər ətraf mühitin  texnogen təsirlərə məruz qaldığı  və onun nəticələrinin aradan qaldırılmadığı, təbiətin özünübərpa qabiliyyətinin zəiflədiyi, təbii mühitin, xüsusən bəzi torpaq sahələrinin tərkibinin və strukturunun pozulduğu  bir şəraitdə, ekoloji bərpa işləri  sahəsində layihələrinin həyata keçirilməsi hazırda ən aktual məsələlərdəndir.

Ölkədə ekoloji vəziyyətin ciddiliyi nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli 1607 saylı sərəncamı ilə “Azərbaycan  Respublikasında Ekoloji Vəziyyətin Yaxşılaşdırılmasına Dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq  edilmişdir. 2006-cı ildən başlayaraq ARDNŞ tərəfindən Abşeron yarımadasında 7 min hektardan artıq neftlə çirklənmiş torpaq sahələrinin ekoloji bərpası işlərinə başlanılmış,  2010-cu ilin “Ekologiya İli” elan olunması isə  ekoloji layihələrin daha geniş miqyasda həyata keçirilməsinə böyük təkan vermişdir .

 Hazırda Azərbaycan Respublikasında ən irimiqyaslı ekoloji layihələr ARDNŞ-ın dəstəyi ilə həyata keçirilir və bu layihələrdə nəzərdə tutulmuş işlərin yerinə yetirilməsinin  ən fəal iştirakçılarından biri də ”Ekol Mühəndislik Xidmətləri ” QSC-dir  .

“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 450 ha-dan çox neftlə çirklənmiş sahələrin təmizlənməsi işlərinin müxtəlif mərhələlərində, “Ekol Mühəndislik Xidmətləri QSC”-nin xüsusi rolu olmuş və bu işlər hazırda ərazinin yaşıllaşdırılması istiqamətində davam etdirilir. QSC Balaxanı, Siyəzən, Kürovdağ, Qaradağlı və digər yataqlarda torpaq sahələrinin neftlə çirklənmədən təmizlənməsi, həmçinin “Salyan OİL” LTD-nin Kürsəngi və Qarabağlı neft mədənlərinin ərazisindən karbohidrogen əsaslı qazma şlamının bioremediasiya işlərinin aparılması, bu ərazilərdə 120 mindən çox ağac əkilməsi və onlara aqrotexniki qulluq göstərilməsi işlərində də yaxından iştirak ertmişdir.

 Neftlə çirklənmiş torpaqlarda rekultivasiya və bioremediasiya işlərinin aparılmasında “Ekol Mühəndislik Xidmətləri QSC”  elmi nəticələrə və aqrotexniki qaydalara əsaslanır. Bu məqsədlə Torpaqların rekultivasiyası departamenti yaradılmış, departamentin işçi heyətinə təcrübəli mütəxəssislər, alimlər, aqronomlar və digər ixtisaslardan olan kadrlar cəlb olunmuşdur.

Aparılan tədqiqatlar və təcrübə nəticəsində müəyyən edilmişdir ki, Torpaq-qrunt neft və neft məhsulları ilə 5-10%-dən az çirkləndikdə onun təmizlənməsi yalnız bioüsullarla yarım ilə mümkündür, çirklənmə 5-10%-dən çox olduqda isə fiziki-kimyəvi üsullardan istifadə edilməklə proses bir ilə qədər uzanır.

Neftlə çirklənmiş torpaqların təmizlənməsi, bərpası, sağlamlaşdırılması və dövriyyəyə qaytarılması məqsədilə aparılan proseslərə aqro- hidro və biomeliorativ (fitomelıorasiya-çoxillik otların əkilməsi, fitoremediasiya-neftoksidləşdirici mikroorqanizmlər və neftlə tolerant bitkilərlə çirklənmənin azaldılması) tədbirlərin əlavə edilməsi üzrə toplanmış təcrübə göstərir ki, əvvəllər işlənmiş və bəzi dövlətlərdə sınaqdan çıxmış mexaniki rekultivasiya (ərazi neftşlam, neftlə çirklənmiş torpaqlar və tullantı sulardan  təmizlənir, əmələ gəlmiş çökəkliklər ştiftlə hamarlanır,  sonra isə müəyyən  səviyyədə  gətirilmə torpaqla örtülür) və bioloji remediasiya (torpaq qarışdırılaraq yumşaldılır, üzvü və qeyri üzvü gübrələr, emulqatorlar, fermentlər, biopreparatlar əlavə edilir, saman səpilir sonra ərazi suvarılır, mövsümə və Abşeronun iqlim şəraitinə uyğun ağac və kol bitkiləri əkilir, daimi qulluq edilir) mərhələləri məqsədəuy­ğundur. Nəzərə almaq lazımdır ki heç vaxt ağac əkilməyən torpaqlarda ağacların 25%-nin göyərməsi məqbul olduğu halda, Bibiheybət zonasında əkilən ağacların 70%-nin göyərmə ehtimalı vardır və ona görə də Bibiheybətdə təmizlənmiş ərazidə az müddət ərzində 80 minə yaxın ağac əkilmiş, gözlənilən nəticələr əldə edilmişdir.

"Ekol mühəndislik Xidmətləri" QSC  2010-cu ildə “Ekologiya İli” çərçivəsində Z.Tağıyev adına NQÇİ (Qala qəsəbəsi) (9 ha), "Siyəzənneft" NQÇİ (15 ha) və "Abşeronneft" NQÇİ-nin (44 ha) mədən ərazilərində, Böyük-Şor sahəsində və "Muradxanlı" yatağında (5 ha)rekultivasiya, qazma şlamının və neftşlamın bioremediasiyası layihələrinin  həyata keçirilməsində də əldə etdiyi təcrübədən və elmi nəticələrdən istifadə olunmaqla uğurlu nəticələr əldə edəcəkdir.
 
 
 

 
 

tarix : 14.04.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.