ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC “Azərkimya” nın keçirdiyi yaşıllaşdırma tədbirlərinə qatılmışdır

        2010-cu ildə  respublikasının hər yerində  “Ekologiya İli” çərçivəsində ətraf mühitin mühafizəsi və yaşıllıqların salınması istiqamətində  tədbirlər uğurla davam etdirilir. Bu sahədə  ARDNŞ-nin həyata keçirdiyi aksiyalar daha böyük vüsət almışdır.

      Azərbaycan Respublikası Prezidentinin  2 aprel  2010-cu il tarixli Sərəncamı ilə ARDNŞ-nin tabeçiliyinə verilmiş “Azərkimya”nın kollektivi də  Sumqayıtın yaşıllıqlar diyarına çevrilməsini qarşısına   məqsəd qoyaraq artıq bu istiqamətdə kompaniyaların keçirilməsinə başlamışdır.    Kimyaçılar aprelin 17-də Sumqayıtın  “sənaye zonası” adlanan böyük bir ərazisində yaşıllaşdırma və abadlaşdırma işləri həyata keçirmişlər.  Tədbirdə iştirak edən “Azərkimya”nın, ARDNŞ-nin Ekologiya İdarəsinin və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  kollektivi Sumqayıt-Quba magistralı boyunca 5000-dən artıq ağac və gül kolları əkmişlər.
     Ağacəkmə kompaniyasında baş direktor Soltan Əliyev və texniki - direktor Məzahir Hüseynov da olmaqla, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivinin xeyli sayda üzvləri də fəal iştirak etmişlər. Onlar QSC üçün  ayrılmış ərazidə 400-ə qədər ağac əkərək, yaşıllaşdırma sahəsində öz peşəkar təcrübələrini nümayiş etdirmiş, ağacların əkilməsi üçün çala qazan yeni müasir qurğudan   istifadə olunmuşdur.

    Tədbirdə jurnalistlərin suallarını cavablandıran baş direktor Soltan Əliyev, yaşıllaşdırmanın  QSC-nin əsas fəaliyyət sahələrindən biri olduğunu,  “Ekologiya İli” çərçivəsində bu  sahədə xeyli işlər görüldüyünü, gələcəkdə də yeni müasir qurğu və avadanlıqların  alınaraq bu sahəyə tətbiq ediləcəyini xüsusilə vurğulamışdır.

    17 apreldə QSC  Z.Tağıyev adına NQÇ-nin  (Qala qəsəbəsi) və “Bibiheybətneft”     NQÇİ-nin mədən ərazilərində, eləcə də  digər istehsalat sahələrində də iməciliklər təşkil edərək  yaşıllaşdırma və abadlaşdırma tədbirlərini həyata keçirmişdir    
 
 
 
 

 

tarix : 19.04.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.