ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Böyük-Şor sahəsində işlərə start verilmişdir

       Xəbər verildiyi kimi 2010-cu ildə “Ekol Mühəndislik Xidmətləri” QSC “Ekologiya İli” çərçivəsində ARDNŞ-nin  “Azneft” İB və Sosial İnkişaf  İdarəsi ilə imzalanmış müqavilələrə əsasən,  Z.Tağıyev adına NQÇİ-nin ( Qala qəsəbəsi), “Abşeronneft” NQÇİ-nin (Pirallahı qəsəbəsi),  “Siyəzənneft” NQÇİ-nin (Siyəzən rayonu mədən ərazilərində bioremediasiya işlərinin aparılması, Sabunçu rayonu ərazisində (Böyük – Şor sahəsi)  olimpiya stadionunun tikintisi üçün ayrılmış sahənin çirkab sulardan, neft məhsullarından təmizlənməsi və rekultivasiyası layihələrinin  həyata keçirilməsini planlaşdırmışdır.

       İlin əvvəlindən Z.Tağıyev adına NQÇİ-nin  və “Siyəzənneft”   NQÇİ-nin mədən ərazilərində bioremediasiya layihələrinin icrasına başlanılmış  və xeyli işlər görülmüşdür. Aprel ayında isə “Abşeronneft” NQÇİ-nin mədən ərazisində və Sabunçu rayonunun  Böyük – Şor sahəsində  hazırlıq işləri başa çatdırılmış layihələrin icrasına start verilmişdir.

      Həyata keçiriləcək  layihələrdən biri olan “Sabunçu rayonu ərazisində (Böyük – Şor sahəsi)  olimpiya stadionunun tikintisi üçün ayrılmış sahənin çirkab sulardan, neft məhsullarından təmizlənməsi və rekultivasiyası” ərazinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və burada analoqu olmayan müasir olimpiya stadionunun tikilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

      Layihənin  icrası  ilə əlaqədar olaraq artıq işlərə start verilmiş, QSC-nin Tullantıların  emalı departamenti ilkin mərhələdə çirkab suların ərazidən çıxarılmasına başlamışdır. Bu məqsədlə ərazidə məhsuldarlığı 150 m3/saat olan , Almaniyanın  müasir tipli nasosları  quraşdırılmışdır. Aparılmış ekoloji monitorinq  işlərinin nəticəsində müəyyən edilmişdir ki, ərazidə 588 min m3çirkab su, 250 min m3isə neftşlam vardır.

     QSC çirkab suların ərazidən çıxarılması ilə yanaşı, sonrakı mərhələlərdə neftşlamın emalı  və rekultivasiya işlərinin həyata keçirilməsi istiqamətində tədbirlərini davam etdirir.
 

 
 
 

tarix : 22.04.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.