ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Siyəzənneft” NQÇİ –nin mədən əraziləri öz simasını dəyişir

    “Ekol Mühəndislik Xidmətləri” QSC –nin həyata keçirdiyi ekoloji layihələr təkcə Abşeron yarımadasını əhatə etmir. QSC hazırda “Ekologiya İli” çərçivəsində paytaxtdan 90 km –dən artıq bir məsafədə yerləşən  “Siyəzənneft” NQÇİ-nin   50 hektaradək mədən ərazilərində neftlə çirklənmiş sahələrin bioremediasiya işlərini  uğurla davam etdirir.

    Qeyd edildiyi kimi, 2010-cu ildə “Ekologiya İli” çərçivəsində ARDNŞ-nin  həyata keçirdiyi prioritet ekoloji layihələr arasında  Z. Tağıyev adına NQÇİ-nin (Qala qəsəbəsi), “Abşeronneft” NQÇİ-nin (Pirallahı qəsəbəsi), “Siyəzənneft” NQÇİ -nin mədən ərazilərində  rekultivasiya və bioremediasiya işləri və Sabunçu rayonu ərazisində (Böyük – Şor sahəsi) olimpiya stadionunun tikintisi üçün ayrılmış sahənin çirkab sulardan, neft tullantılarından təmizlənməsi  və rekultivasiyası layihələri xüsusi yer tutur. Bu layihələrin icrası isə “Ekol Mühəndislik Xidmətləri” QSC-nə həvalə  olunmuşdur.

    Adı çəkilən layihələrdən  “Siyəzənneft” layihəsi özünəməxsusluğu ilə digər layihələrdən fərqlənir. Mədən ərazilərinin biri-birindən uzaq məsafədə  və çətin  relyef şəraitində yerləşməsi layihənin icrasına xüsusi yanaşma tələb edir. Bununla əlaqədar olaraq, bu işlərin yerinə yetirilməsi üçün QSC-nin Torpaqların rekultivasiyası departamentinin təcrübəli mütəxəssisləri və onlarla xüsusi texnikası cəlb edilmişdir.

    Müvafiq dövr ərzində layihə icraçıları öz vəzifələrinin öhdəsindən layiqincə gələrək, “Siyəzənneft” NQÇİ-nin  NYM və Gilgilçay  mədən sahələrində layihə üzrə xeyli işlər görmüş,  cari ilin 4 ayı ərzində bu ərazilərdən  5 426 m3 çirkab su, 9 946 m3neftşlam çıxarılmış, əraziyə 17 733 m3 torpaq daşınmış, yaşıllaşdırma tədbirləri görülmüşdür. Yaxın günlərdə Gilgilçay sahəsində neftşlamın bioremediasiyası prosesinə başlanılacaqdır.  Layihənin sonrakı mərhələsində isə  Sadan NYM və Ataçay mədən ərazilərində biremediasiya işləri həyata keçiriləcəkdir.

    QSC-nin  “Siyəzənneft” NQÇİ-nin mədən ərazilərində apardığı işlər nəticəsində neftçilərin də iş şəraiti xeyli yaxşılaşmış, digər istehsalat işlərinin yerinə yetirilməsi üçün  əlverişli şərait yaranmış, mədən əraziləri simasını dəyişərək öz əvvəlki vəziyyətinə qaytarılmışdır.

    QSC-nin Torpaqların rekultivasiyası departamenti “Siyəzənneft” layihəsi üzrə işlərini davam etdirir.
 

 

 

 
 

tarix : 26.04.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.