ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də Ümumdünya əməyin mühafizəsi günü qeyd edilmişdir

       Beynəlxalq Əmək Təşkilatının 1996-cı il qərarı ilə hər il aprelin 28-i Ümumdünya əməyin mühafizəsi günü kimi qeyd olunur. Azərbaycan Respublikası da 2004-cü ildən bu təşəbbüsə qoşulub. Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra, 1992-ci ildən Beynəlxalq Əmək Təşkilatının üzvüdür. 57 konvensiyaya qoşulan Azərbaycan əməyin mühafizəsi sahəsində beynəlxalq standartları  qəbul və ona riayət edən ölkələrdən birinə çevrilib.

       Ölkəmizdə təhlükəsiz  və sağlam iş yerlərinin  yaradılması, istehsalat mədəniyyətinin yüksəldilməsi, əmək şəraitinin  yaxşılaşdırılması, əməyin mühafizəsi istiqamətində mühüm addımlar atılır və  dövlət tərəfindən məqsədli tədbirlər həyata keçirilir.

       Əməyin mühafizəsi gününün beynəlxalq aktuallığını nəzərə alan ARDNŞ-də 28 apreldə tabeçiliyində olan idarə və müəssisələrdə müvafiq tədbirlərin  keçirilməsini qərara almışdır. Şirkətin İdarə və Müəssisələrində təhlükəsiz və sağlam iş şəraitinin  yaradılması, yerinə yetirilən bütün işlərdə risklərin qiymətləndirilməsi, təhlükə yaradan işlərin aşkar edilməsi, potensial risklərin qarşısının alınması istiqamətində konkret işlərin  görülməsi və bununla əlaqədar  tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

     Ümumdünya əməyin mühafizəsi günü ilə əlaqədar 28.04.2010-cu il tarixdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  Tullantıların emalı departamentinin (TED) 7-ci sahəsində (“Azərneftyağ” NEZ)  tədbir keçirilmişdir.

     Tədbirdə QSC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov, Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov, TED-nin 7-ci sahəsinin texniki təhlükəsizlik üzrə mühəndisi Tapdıq Quliyev  çıxış edərək bildirmişlər ki, QSC-də çalışan işçilərin texniki təhlükəsizliyi və əməyin mühafizəsi daimi rəhbərliyin diqqət mərkəzindədir. Xüsusilə son illərdə istehsalat sahələrində əməyin mühafizəsinin  vəziyyəti, texniki təhlükəsizlik qaydalarına riayət olunması, sanitar normalara cavab verən məişət otaqlarının tikilməsi və fərdi mühafizə vasitələri ilə təmin olunması istiqamətində məqsədyönlü işlər görülmüşdür.

     Qeyd olunmuşdur ki,  QSC-də əmək şəraitinin yaxşılaşdırılmasına, təhlükəsizlik qaydalarına əməl olunmasına, istehsalat zədələrinin qarşısının  alınmasına  və işçi personalının bu sahədə təlimatlandırılmasına diqqət ilbəil artırılır və bundan sonra da  bu işlər davam etdiriləcəkdir.
 
 
 
 
 

tarix : 29.04.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.