Azərbaycandakı Amerika Ticarət palatasının aprelin 30-da “Hyatt Recens” otelində təşkil etdiyi “işgüzar nahar” da, respublikamızda fəaliyyət göstərən bir çox yerli və xarici şirkətlərin, o cümlədən “təmiz şəhər” ASC-nin və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin nümayəndələri də iştirak etmişlər.
Tədbirdə “təmiz şəhər” ASC-nin , “Ekol Mühəndislik Xidmətləri” QSC-nin və “Azerfon-Vodofone” MMC-nin prezentasiyaları keçirilmiş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
QSC-nin prezentasiyasını Marketinq və xarici iqtisadi əlaqələr şöbəsinin mühəndisi Sabutay Əliyev təqdim etmiş və tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
“İşgüzar nahar” zamanı şirkət nümayəndələri arasında əlaqələrin qurulması üçün əlverişli şərait yaranmış, tərəflər arasında işgüzar müzakirələr aparılmışdır.
Tədbirin sonunda “Ekol Mühəndislik Xidmətləri” QSC-nə Azərbaycandakı Amerika Ticarət palatasının üzvlük sertifikatı təqdim olunmuşdur.
tarix : 03.05.2010
|