Mayın 4-də Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Nizami rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə, Ulu öndərin adını daşıyan Bakı Neft Emalı Zavodunun stadionunda Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş mini futbol turnirinin final yarışları keçirilmişdir.
Tədbirdə Millət vəkilləri, Nizami rayonu İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası idarə heyətinin , Gənclər və İdman Nazirliyinin, müəssisə və təşkilatların rəhbər işçiləri, eləcə də rayon fəalları iştirak etmişlər. “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbərliyinin və kollektivinin nümayəndələri də tədbirə qatılmışlar.
Final yarışlarından öncə tədbir iştirakçıları Heydər Əliyevin BNEZ-nun ərazisindəki abidəsinin önünə tər çiçəklər düzmüş və Ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir iştirakçıları mini futbol turnirinin final yarışlarını maraqla izləmişlər.
tarix : 05.05.2010
|