ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri”QSC-də Ümummilli Liderin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

        Mayın 10-da “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  rəhbərliyi və kollektivin təmsilçiləri  Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar, Ümummilli Liderin  Bakı Neft Emalı Zavodunun ərazisindəki abidəsi önünə əklil və tər çiçəklər düzmüş, onun əziz xatirəsini ehtiramla yad etmişlər. Tədbir QSC-nin   O.Vəliyev küçəsi -1 ünvandakı ofisində  Ulu öndərin 87-ci ildönümünə həsr olunmuş toplantı ilə davam etmişdir.

     Toplantını “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru Soltan Əliyev  giriş sözü ilə açaraq, bütün həyatını xalqına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin əldə edilməsi, suverenliyimizin qorunub saxlanılması, respublikamızın iqtisadi qüdrətinin yüksəldilməsi istiqamətində gördüyü işlərdən,  onun həyatımızın bütün sahələrindəki çoxtərəfli fəaliyyətindən və əsasını qoyduğu neft strategiyasının  ölkəmizə qazandırdığı uğurlardan ətraflı bəhs etmişdir. QSC-nin baş direktoru qeyd etmişdir ki, Azərbaycan xalqı  və müstəqil  dövlətimiz yaşadıqca, Heydər Əliyevin  ideya və əməlləri daim yaşayacaqdır. O,  Ulu öndərin siyasi kursunun Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında uğurla davam etdirildiyini xüsusilə vurğulamışdır.

     Hazırda QSC-də baş direktorun məsləhətçisi vəzifəsində çalışan,  Heydər Əliyevin birinci hakimiyyəti dövründə  Neft-kimya Sənayesi naziri vəzifəsində işləmiş Kamil Akimov çıxış edərək  Ulu öndər haqqında öz xatirələrini danışmış, onun Azərbaycanın  neft sənayesinin inkişafındakı  fövqəladə rolunu toplantı iştirakçılarının diqqətinə çatdırmışdır.

     Toplantıda çıxış edən baş direktorun ümumi işlər üzrə müavini Ramil Əliyev, YAP “Ekol” ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev  milli dövlətçiliyimizin, müstəqilliyimizin  əbədiliyinin qarantına çevrilmiş yeni neft strategiyasının  banisi, suveren Azərbaycan dövlətinin  qurucusu və memarı, fenomen şəxsiyyət Heydər Əliyevin unudulmaz xatirəsinin daim ürəklərdə yaşayacağını,  Ulu öndərin ideyalarının  həyata keçirilməsi, respublikamızın iqtisadi qüdrətinin yüksəldilməsi və daha da çiçəklənməsi naminə layiqli töhfələr verilməsinin hər bir kəsin vətəndaşlıq və mənəvi borcu olmasını  xüsusilə qeyd etmişlər.

   Tədbir iştirakçıları  Ulu öndərə hörmət və ehtiram əlaməti olaraq  bir daha onun ruhu qarşısında baş əymiş, ona  Ulu Tanrıdan rəhmət diləmişlər.

 

  Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.

 

 
 
 
 
 

tarix : 11.05.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.